Gürcüstanda kütləvi həbslər başladı Müxalifət tərəfdarları ağır cinayətlərdə ittiham edilir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Gürcüstanda Avropaya inteqrasiyanın dayandırılmasına qarşı etiraz aksiyalarının 23 iştirakçısına qarşı artıq cinayət işi açılıb.
“AzPolitika” xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
13 nəfər qrup halında zorakılıq və xuliqanlıq törətməkdə və ya bu əməllərdə iştirak etməkdə təqsirli bilinir. Digəri isə partlayış hazırlamaqda ittiham olunur. Şübhəlilərin adları açıqlanmır; onların arasında əcnəbilərin də olduğu məlumdur. Onların hamısını 9 ilə qədər həbs gözləyir.
Daha 9 nəfərə qarşı dövlət əmlakına ziyan vurma və polis əməkdaşlarına basqın etmə maddələri ilə cinayət işi qaldırılıb. Təqsirləndirilən şəxslərin adları da açıqlanmır. Onların ittiham olunduğu əməllərə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Gürcüstanın Tbilisi, Batumi və digər şəhərlərində 8 gecədir ki, mitinqlər keçirilir. Etirazçılar bütün məhbusların azad edilməsini və parlamentin yenidən seçilməsini tələb edirlər. Altı gecə polis bızın sərt şəkildə Tiflisdəki etirazları dağıtdı - sonra kütləvi həbslər həyata keçirdi. Etirazlarda ümumilikdə üç yüzdən çox adam saxlanılıb, dekabrın 4-də gündüz keçirilən əməliyyat zamanı daha 7 müxalifət nümayəndəsi həbs edilib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 06 Dekabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















