Gürcüstanda müxalifət partiyaları ləğv edilə bilər
Icma.az, Axar.az portalına istinadən məlumat yayır.
Gürcüstanın Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” partiyasının müxalifət partiyalarının ləğvi ilə bağlı iddiasını nəzərdən keçirməyə başlayıb.
Axar.az APA-ya istinadən xəbər verir ki, məhkəmənin bugünkü qərarı ilə iş baxılması üçün plenuma təqdim edilib.
İddiada sabiq prezident Mixeil Saakaşvilinin təsis etdiyi Vahid Milli Hərəkat Partiyası, “Dəyişikliklər naminə” koalisiyası, “Lelo - Güclü Gürcüstan”, “Federalistlər” və keçmiş baş nazir Giorgi Qaxariyanın “Qaxariya Gürcüstan naminə” partiyalarının Gürcüstan Konstitusiyasına zidd elan edilməsi tələbi yer alıb.
Qeyd edək ki, Gürcüstan parlamentinin 88 deputatının imzaladığı ilk iddia ötən ilin oktyabrında Konstitusiya Məhkəməsinə təqdim olunmuşdu. “Gürcü Arzusu” ötən ay iddianı “Qaxariya Gürcüstan naminə” partiyasını əlavə etməklə yeniləyib. Partiya iddiada göstərdiyi siyasi birlikləri 2024-cü ildə baş tutmuş parlament seçkilərinin legitimliyini tanımamaqda, siyasi quruluşun zorla dəyişdiriliməsinə yönəlmiş fəaliyyət göstərməkdə və Gürcüstana qarşı sanksiyaların tətbiqinə çağırışlarda ittiham edir.
Baxış sayı:107
Bu xəbər 06 Oktyabr 2026 20:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















