Gürcüstanda partiyaların, QHT lərin və siyasətçilərin xaricdən maliyyə yardımı alması qadağan olunur
Icma.az, Azertag saytına istinadən bildirir.
Tbilisi, 8 aprel, AZƏRTAC
Yaxın günlərdə Gürcüstanda “Vətəndaşların siyasi birlikləri haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yeni dəyişikliklərə əsasən, partiyaların, qeyri-hökumət təşkilatlarının və ayrı-ayrı siyasətçilərin xaricdən maliyyə yardımı alması məsələsi tənzimlənəcək. Onlar müxtəlif tədbirlərin keçirilməsi üçün xaricdən maliyyə yardımı ala bilməyəcəklər: “Siyasətçilər gürcü xalqının maraqlarına uyğun qərarlar verməlidirlər. Xaricdən pul alanda isə onların maliyyə aldıqları ölkələrin maraqlarından çıxış etməsi riski yaranır”.
Parlamentin sədri vurğulayıb ki, Gürcüstana qarşı zərərli məqsədləri olan siyasi qruplar var. Ona görə də onların qarşısının alınması zərurəti yaranıb. “Biz seçkilərə, demokratiyaya və xalqın iradəsinin formalaşmasına kənardan hansı müdaxilələrin olduğunu gördük. Təəssüf ki, siyasi partiyaların və seçki kampaniyalarının kənardan maliyyələşdirilməsi adi hala çevrilib. Ona görə də bunun üçün müvafiq qanunu tənzimləmək lazımdır”, - deyə Şalva Papuaşvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Aprel 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















