Gürcüstanda prezident seçkilərinin qarşısını almaq planı var DTX
Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Destruktiv və cinayətkar qruplaşmalar Gürcüstanda dekabrın 14-də prezident seçkilərinin keçirilməsinin qarşısını almağı planlaşdırırlar.
Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Məlumata əsasən, həmin qüvvələrin məqsədi Gürcüstanın VI prezidentinin seçilməsinə yol verməmək və ölkədə böhran yaratmaqdır.
“Bu məqsədlə cinayətin təşkilatçıları xüsusilə bu həftə ərzində vəziyyəti mümkün qədər gərginləşdirməyi düşünürlər. Vəziyyət iki-üç qurbanla nəticələnməlidir. Bununla onlar etirazları gücləndirmək və yaranmış vəziyyətdə hökuməti ittiham etmək niyyətindədirlər. Bu proseslərin reallaşdırılmasını xarici ölkələrin xüsusi xidmətləri ilə koordinasiya şəklində yerli subyektlər təmin edəcək”, - məlumatda deyilir.
DTX əhalini cinayət planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum diqqətli olmağa, şübhəli hal və ya təxribat cəhdini aşkar edəcəkləri halda bu barədə dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 10 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















