Gürcüstanda sel fəlakəti Telavi su altında qaldı+Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Gürcüstanın Telavi şəhərində güclü leysan yağışlarından sonra “Telavis xevi” çayı məcrasından çıxaraq ciddi fəsadlar törədib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sel suları şəhərin mərkəzi küçələrini, yaşayış evlərinin zirzəmilərini, mağaza və aptekləri su altında qoyub.
Təbii fəlakət səbəbindən şəhərin böyük hissəsində işıq, qaz və içməli suyun verilişi dayandırılıb, bir neçə avtomobilə ziyan dəyib.
Kaxeti bölgəsinin qubernatoru dəyən ziyanın böyük olduğunu bildirib.
Hazırda əraziyə xüsusi texnika cəlb olunub və fəsadların aradan qaldırılması üçün operativ qərargah yaradılıb.
Bu mövzuda digər xəbərlər:ABŞ da sel fəlakəti Şəhərlər su altında qaldı VİDEO
17 İyul 2026 10:13
Gürcüstanda güclü yağışlar: Bu şəhər su altında qaldı
12 İyul 2026 13:46
Güclü leysan Gürcüstanın Telavi şəhəri su altında qoyub VİDEO
12 İyul 2026 12:19
Gürcüstanda turistlər qar uçqunu altında qaldı
10 Yanvar 2026 19:41
İrəvanda leysan fəlakəti: Küçələr su altında qaldı VİDEO
25 İyul 2025 23:37
Baxış sayı:156
Bu xəbər 12 İyul 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















