Icma.az
close
up
RU
Gürcüstanda qanunsuz sahibkarlıq fəaliyyəti göstərən Rusiya vətəndaşları saxlanılıb

Gürcüstanda qanunsuz sahibkarlıq fəaliyyəti göstərən Rusiya vətəndaşları saxlanılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tbilisi, 16 oktyabr, AZƏRTAC

Tbilisidə qeyri-qanuni sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması ilə məşğul olan 5 nəfər Rusiya vətəndaşı saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu məlumat yayıb. Bildirilir ki, Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti, Baş Prokurorluqla razılaşdırılmış əməliyyat nəticəsində qanunsuz sahibkarlıq fəaliyyəti və çirkli pulların yuyulması faktı üzrə 5 nəfər Rusiya vətəndaşını saxlayıb. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslərdən biri Gürcüstan Milli Bankının icazəsi olmadan virtual aktiv (kripto) xidmətləri göstərən qanunsuz ofis fəaliyyəti təşkil edib. Həmçinin qondarma “kuryer xidməti” vasitəsilə yüz milyonlarla lari həcmində nəzarətsiz beynəlxalq əməliyyatlar həyata keçirilib.

Araşdırmalar göstərib ki, Rusiya vətəndaşları külli miqdarda xarici valyutanı sərhəd nəzarətindən gizli şəkildə ölkəyə gətirərək virtual aktivlər alıb və bu yolla qeyri-qanuni gəlirlərə qanuni görünüş verməyə cəhd göstəriblər.

Tbilisidə aparılan axtarışlar nəticəsində istintaq orqanları 371 min ABŞ dolları, mühasibat sənədləri, kompüter avadanlığı, eləcə də Rusiya nömrə nişanlı avtomobillərdən ümumilikdə 721 min dollar məbləğində vəsait aşkarlayıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə araşdırma başlanıb. Saxlanılan şəxsləri 9 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əli Kərimli həbs edilir EVİNDƏ AXTARIŞ BAŞLADI

29 Noyabr 2025 14:30see351

Ən çirkli məişət əşyası

29 Noyabr 2025 11:19see170

Türkiyə Superliqası: “Trabzonspor” üçüncü yerdə möhkəmlənib

30 Noyabr 2025 01:46see169

Kiyevdə yaralananların sayı 16 ya çatıb YENİLƏNİB 2

29 Noyabr 2025 12:50see168

Qumralı görən musiqiçi özünü itirdi VİDEO

30 Noyabr 2025 06:07see156

“Trabzonspor” və “Başakşehir”dən qələbə

30 Noyabr 2025 00:49see136

İTV Ertem Şenerin “Qarabağ”ın oyununda KONKRET

29 Noyabr 2025 21:07see136

Bakıda 17 yaşlı oğlan infarktdan öldü

29 Noyabr 2025 12:43see135

Bu sahə üzrə biznes kredit portfeli böyüyüb

29 Noyabr 2025 14:23see135

Hidayət Heydərov yarışı mükafatsız başa vurub

29 Noyabr 2025 13:43see134

Masallıda polis əməkdaşları Vətən müharibəsi şəhidinin məzarını ziyarət ediblər

30 Noyabr 2025 12:38see131

“Oyunçuları 1 ay buraxmaq istəyirəm ki, gedin, futboldan uzaq olun” Video

29 Noyabr 2025 20:30see131

Qəhvə qiymətləri rekord həddə çatdı Kafe restoran sektoru təşvişdə

30 Noyabr 2025 11:43see130

14 yüksək rütbəli zabitimizin şəhid olmasından 4 il ötür

30 Noyabr 2025 00:39see130

Qəzzada iki il ərzində ölənlərin sayı açıqlandı

29 Noyabr 2025 23:46see125

Doqquz ay keçməsinə baxmayaraq, məsələnin həlli hələ də başa çatmayıb FOTOLAR

29 Noyabr 2025 20:46see123

MDB ölkələrinin nümayəndə heyətləri Laçın şəhəri ilə tanış olublar FOTOLAR

29 Noyabr 2025 15:42see122

Dövlət təhlükəsizliyi üçün vacib addım: Şimalın istifadə edəcəyi radikallar vaxtında zərərsizləşdirilir TƏHLİL

29 Noyabr 2025 18:53see121

Mançester Siti dən ayrılacaq İtaliya klublarının transfer mübarizəsi

29 Noyabr 2025 12:52see121

Leo Messi illərdir əlçatmaz olan dünya rekordunu qırdı

30 Noyabr 2025 09:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri