Icma.az
close
up
RU
Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyətinə dair müzakirələr aparılıb

Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyətinə dair müzakirələr aparılıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkəmizdə səfərdə olan Gürcüstanın idman naziri Şalva Qoqoladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, söhbət zamanı Gürcüstanda yaşayan azərbaycanlıların fəaliyyəti, onların ölkənin müxtəlif sahələrinə, eləcə də iki ölkə arasındakı münasibətlərin inkişafına verdikləri töhfələr, yeni əməkdaşlıq imkanları və potensial layihələr barədə müzakirə aparılıb.

Komitə sədri iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinə diqqət çəkib, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritetlərə uyğun olaraq xarici ölkələrdə həyata keçirilən layihələr, o cümlədən Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri barədə ətraflı danışıb. Vurğulanıb ki, hazırda Gürcüstanda Azərbaycan Evləri də daxil olmaqla 9 diaspor mərkəzi mövcuddur. Tbilisi, Bolnisi, Qardabani, Laqodexi, Rustavi, Marneuli, Saqareco, Dmanisi və Sadaxlıda fəaliyyət göstərən mərkəzlərdə həftəsonu məktəbləri, Azərbaycan və gürcü dilləri, idman və bir sıra digər müxtəlif məqsədli kurslar açılıb, eyni zamanda, soydaşlarımıza hüquqi dəstək verilir. Hazırda mərkəzlərdəki kurslara gələnlərin sayı 900-dən çoxdur. Onların 300 nəfəri idman növləri üzrə kurslarda iştirak edirlər, müxtəlif yarışlarda dəfələrlə qalib olublar. Mərkəzlərdə çeşidli tədbirlər təşkil olunur, o cümlədən hər iki ölkənin önəmli günləri qeyd edilir. Belə layihələr azərbaycanlıların təhsil imkanlarının, hüquqi biliklərinin artırılmasında, idman və yüksək texnologiyalar sahəsində bacarıqlarının inkişaf etdirilməsində xüsusi rol oynayır.

Şalva Qoqoladze komitənin azərbaycanlılarla bağlı layihələrinin gələcəkdə də davam etdirilməsinin zəruri olduğunu dilə gətirib. Diqqətə çatdırıb ki, Gürcüstanda yaşayan azərbaycanlılar ölkə əhalisinin mühüm hissəsini təşkil edir, maraqlarını qoruyur və müxtəlif sahələrdə qələbələr qazandırırlar. Ş.Qoqaladze, həmçinin qarşılıqlı səmərəli əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Görüşdə Gürcüstanda yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, gürcü dilini dərindən öyrənmələri ilə bağlı müsbət fikirlər səsləndirilib, ölkəmizdə yaşayan gürcülərə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Sentyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri