Icma.az
close
up
RU
“Gürcüstandakı rusiyapərəst iqtidar Azərbaycan Ermənistan yaxınlaşmasını həyati təhlükə kimi qavrayır...”

“Gürcüstandakı rusiyapərəst iqtidar Azərbaycan Ermənistan yaxınlaşmasını həyati təhlükə kimi qavrayır...”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Zəngəzur dəhlizinin açılması ilə “Bir Yol- Bir Kəmər” layihəsinin Gürcüstan üzərindən keçən variantı kölgədə qalacaq. Hesablamalara görə, ilk dövrlərdə Gürcüstan öz nəqliyyat imkanlarının ən azı 20%-ni itirəcək...”

Gürcüstan paytaxtında müxalifətin “Gürcü arsusu” adı altında gizlənən rusiyapərəst İvanişvili rejiminə qarşı kütləvi mitinqlər, polislə toqquşmalar davam edir. Ölkə prokurorluğu onsuz da həbsdə olan eks-prezident Mixail Saakaşviliyə və 7 digər müxalifət liderinə qarşı yeni cinayət işi başladır. Bu arada “Gürcü arzusu”nun qatı tərəfdarı olan bir qadın tərəfindən Tiflisdəki bir marketdə azərbaycanlılar qəddarcasına döydürülür... Görəsən, Güney Qafqazdakı iki digər dövlətin - Azərbaycan və Ermənistanın artıq Rusiya təsirindən çıxıb Qərbə, NATO-ya doğru inteqrasiya etməyə çalışdığı bir vaxtda hələ 2030-cu ildə Aİ-yə üzvlük məsələsini qaldıracağını bəyan edən Gürcüstan hakimiyyəti nə etməyə çalışır?  Qonşu dövlətdə hadisə və proseslərin inkişafını necə görünür?..

Bu suallar ətrafında Moderator.az-a danışan siyasi şərhçi Heydər Oğuzun fikrincə, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşdıqca bundan ən çox qıcıqlanan tərəf Gürcüstan ola bilərdi və görünən budur ki, olub: 

“Məsələ burasındadır ki, münasibətlər yaxınlaşdıqca Cənubi Qafqazdan keçən nəqliyyat dəhlizi marşrut dəyişdirəcək. Zəngəzur dəhlizinin açılması ilə “Bir Yol- Bir Kəmər” layihəsinin Gürcüstan üzərindən keçən variantı kölgədə qalacaq. Hesablamalara görə, ilk dövrlərdə Gürcüstan öz nəqliyyat imkanlarının ən azı 20%-ni itirəcək. Bu itkilər getdikcə daha da böyüyəcək. Çünki Azərbaycan və müttəfiqləri kommunikasiya əlaqələrini getdikcə şaxələndirməyə və genişləndirməyə çalışacaqlar. Bu isə daha çox nəqliyyat vasitələrinin bu dəhlizdən keçməsinə, dolayısıyla Gürcüstanın payının maksimum səviyyədə azalmasına, bəlkə də rentabelliliyini itirməsinə yol açacaq. Bu da istər-istəməz Tiflisi qıcıqlandırır.

Azərbaycanın beynəlxalq kommunikasiya imkanlarını şaxələndirməyə çalışması da Gürcüstanın maraqlarına ziddir. İranın və Ermənistanın Bəsrə körfəzi-Qara dəniz marşrutu Gürcüstandan keçəcəkdi. Azərbaycan isə daha ideal bir marşrut təklif etdi. Söhbət Cənub-Şimal marşrutundan gedir. Tamamilə dəmir yolu üzərində qurulan bu marşrut Ermənistan qədər Gürcüstanı da narahat edir. Böyük ehtimalla Tiflisi qıcıqlandıran amillərdən biri də budur...” 

 Gürcüstanın Rusiyaya meyilli siyasət yürütdüyünü vurğulayan siyasi şərhçi belə deyib:

“İvanişvilinin bu ruspərəstliyinə ən ciddi təhlükə Azərbaycan və Ermənistanın ABŞ və Qərbə meyilli inteqrasiya arzusudur. Xüsusilə də Mərkəzi Asiya ölkələrinin bu təşəbbüsə qoşulması və bu gün- noyabrın 7-də Trampla “C5+1” sammiti keçirməsi də Gürcüstanda narahatlıqla qarşılanır. Rəsmi Tiflis anlayır ki, öz inadkar mövqeyini sürdürsə, beynəlxalq kommunikasiya əlaqələrindən tamamilə təcrid olunacaq və Cənubi Qafqazın “ada ölkəsinə” çevriləcək. Cənubi Qafqazda sıxışıb qalmaq isə Gürcüstan üçün bütün geo-siyasi əhəmiyyətini itirmək və qısa zamanda məhv olmaq anlamına gəlir. Odur ki, Azərbaycan və Ermənistanın yaxınlaşmasını özü üçün həyati təhlükə kimi qavrayan Gürcüstan iqtidarı ciddi nəticəsi olmayan reaksiyalarla gündəmə gəlmək, bir növ şantaj yolu ilə sövdələşmə masasında oturmağa can atır. Vaxtilə dəfələrlə bu şantaja əl atıb öz istədiyini Azərbaycandan və müttəfiqlərindən qoparan Tiflisin bu dəfə öz istəyinə çatması isə mümkün deyil. Çünki vaxtilə Ermənistanla aramızda dərin ziddiyyətlər olduğundan Gürcüstan bizim tək seçənəyimiz idi. İndisə belə deyil. Gürcüstan bu inteqrasiya prosesindən kənarda qalsa, Azərbaycan öz işini Ermənistanla, Ermənistan özündən çıxarsa, İranla davam etdirə bilər. Nəticədə olan küsəyənlərə olar”.

Təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see207

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see182

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see161

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see155

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see152

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see144

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see141

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see138

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see137

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see134

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see132

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see132

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see131

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri