Icma.az
close
up
RU
Gürcüstandan Bakıya şad xəbər: quru əlaqə...

Gürcüstandan Bakıya şad xəbər: quru əlaqə...

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişindaşıma yenidən gündəmə gəlib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə keçirilən görüşdə iki ölkə arasında dəmir yolu nəqliyyatının perspektivlərini müzakirə ediblər. Gürcüstan mətbuatının yaydığı məlumata görə, əsas diqqət sərnişindaşımanın bərpası məsələsinə yönəlib.

Bəs, uzun fasilədən sonra Bakı–Tbilisi istiqamətində sərnişin qatarlarının hərəkəti bərpa oluna bilərmi?

Bakupost.az xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, bu məsələ artıq uzun müddətdir Gürcüstan tərəfinin gündəmindədir və dəfələrlə Azərbaycanla bu barədə rəsmi danışıqlar aparılıb:

“Əslində, uzun müddətdir ki, Gürcüstan tərəfi Azərbaycanla dəmir yolu nəqliyyatının bərpa olunmasını xahiş edir. Bu, həm sosial, həm də iqtisadi baxımdan zəruridir. Orada yaşayan soydaşlarımız, eləcə də Azərbaycanla yaxın münasibətləri olan gürcü vətəndaşları üçün bu marşrutun yenidən istifadəyə verilməsi olduqca vacibdir”.

İqtisadçı qeyd edib ki, dəmir yolu ilə sərnişindaşımanın bərpası təkcə iki ölkə arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından deyil, həm də turizm sektorunun canlanması və qarşılıqlı səfərlərin artması üçün ciddi stimul ola bilər:

“Bu məsələ turizmin inkişafına, eləcə də insanların gediş-gəlişinə müsbət təsir göstərəcək. Gürcüstanla aramızda qarşılıqlı iqtisadi münasibətlərin möhkəmlənməsi üçün də mühüm addım olar. Yay mövsümü başa çatmamış belə bir qərarın reallaşması, xüsusilə turizm axını baxımından çox gözəl olardı”.

Natiq Cəfərli həmçinin əlavə edib ki, Gürcüstan ictimaiyyəti Azərbaycana qarşı böyük simpatiya ilə yanaşır və bu əlaqələrin güclənməsi üçün dəmir yolu xətti simvolik məna daşıya bilər:

“Onlar üçün Azərbaycan bir güvən və dayaq yeridir. Gürcüstanlıların əksəriyyətinin Azərbaycanda qohumları, dostları var. Ona görə də bu xəttin yenidən açılması həm insanların rahatlığı, həm də ölkələrimiz arasında dostluq və əməkdaşlığın inkişafı üçün mühüm addım olardı”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 İyul 2025 23:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri