Gürcüstanın Baş naziri: Xarici xidmət orqanlarının inqilab ssenarisinə imkan verilməyəcək
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Tbilisi, 22 sentyabr, AZƏRTAC
Ukrayna xarici kəşfiyyat xidmətləri tərəfindən maliyyələşdirilən inqilablardan sonra iki müharibədən sağ çıxıb. Biz Gürcüstanda bunun baş verməsinə imkan verməyəcəyik.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqıamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
Onun sözlərinə görə, xarici agentlərin Gürcüstanda inqilab həyata keçirmələrinə imkan verilməyəcək. Bunun üçün Gürcüstan hökumətinin bütün resursları var.
"Siz xarici kəşfiyyat xidmətlərinin “Maydanı” necə maliyyələşdirdiyini, sonra da bütün bunların Ukrayna üçün necə nəticələndiyini xatırlayırsınız. Bu gün xatrici xidmət orqanlarının inqilab ssenarisindən sonra Ukrayna dövləti dağılıb. Amma biz Ukrayna ssenarisinin Gürcüstanda həyata keçirilməsinə icazə verə bilmərik. Ona görə də bizim bu cür maliyyələşdirmə və kənar müdaxilə ilə bağlı bütün faktları açıqlamağımız çox vacibdir”, - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 22 Sentyabr 2025 17:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















