Icma.az
close
up
RU
Gürcüstanın seçimi: Kavelaşvili niyə ilk səfərini Azərbaycana etdi?

Gürcüstanın seçimi: Kavelaşvili niyə ilk səfərini Azərbaycana etdi?

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda geosiyasi dinamika sürətlə dəyişir. Bölgədə baş verən hadisələr, xüsusilə də regional dövlətlərin xarici siyasət prioritetləri, həm daxili sabitlik, həm də beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır.

Bu kontekstdə Gürcüstanda keçirilən prezident seçkiləri və yeni liderin ilk diplomatik addımları həm yerli, həm də beynəlxalq müşahidəçilərin diqqət mərkəzindədir. Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvilinin ilk xarici səfər üçün Azərbaycanın seçməsi təsadüfi deyil və bir sıra strateji mesajlar ehtiva edir. Bu səfər həm iki ölkə arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi baxımından, həm də bölgədə formalaşan yeni siyasi düzənin əlaməti kimi dəyərləndirilə bilər.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Kazım Kazımov bildirib ki, Gürcüstanın yeni seçilmiş prezidenti Mixail Kavelaşvili ilk səfərini Azərbaycana etdi:

"Kavelaşvilinin ilk xarici səfəri üçün məhz Azərbaycanın seçilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki beynəlxalq diplomatiyada artıq formalaşmış bir ənənə var: yeni seçilmiş liderlərin ilk səfərləri, adətən, yaxın tərəfdaş ölkələrə edilir. Bu baxımdan prezidentin ilk səfərini Azərbaycana etməsi Gürcüstan-Azərbaycan münasibətlərinin nə qədər mühüm olduğunu göstərir. Digər tərəfdən, Gürcüstan bu gün olduqca mürəkkəb bir siyasi dövrdən keçir. Bir tərəfdə bu ölkəni öz təsiri altına almağa çalışan qüvvələr, digər tərəfdə isə milli maraqlarına və dəyərlərinə sahib çıxmağa çalışan bir Gürcüstan var. Son illərdə Gürcüstanda keçirilən parlament və prezident seçkiləri, eləcə də onların ardından baş verən ictimai-siyasi hadisələr göstərdi ki, ölkə daxilində və xaricində müxtəlif güclər Gürcüstanı qeyri-sabitlik burulğanına çəkmək istəyirlər".

Kazım Kazımov: Bakı-Tiflis-Ankara xətti üzrə formalaşan regional əməkdaşlıq platforması üstünlüklər qazandıra bilər

Onun sözlərinə görə, xüsusilə Qərbdən dəstək alan bəzi fondlar və qeyri-hökumət təşkilatları müxtəlif qrupları küçələrə çıxarmağa nail oldular. Polis və etirazçılar arasında qarşıdurmalar yaşandı, bəzi hallarda isə hökumətin legitimliyi sual altına alındı. Bu, əslində, Qərbdə tez-tez istifadə olunan xaotik ssenarilərdən biri idi. Ancaq Gürcüstan hakimiyyəti sərt və qətiyyətli mövqe ortaya qoyaraq bu planların reallaşmasına imkan vermədi. Avropa İttifaqındakı anti-Gürcüstan dairələrin niyyətləri ifşa edildi və ölkə bu gərgin mərhələdən çıxmağı bacardı:

"Buna baxmayaraq, Gürcüstan üçün təhlükələr hələ də tam aradan qalxmayıb. Ölkəni təsiri altına almağa çalışan qüvvələr fəaliyyətlərini davam etdirirlər. Belə bir şəraitdə Gürcüstanın seçimi aydındır: nə Moskvanın, nə də Qərbin təzyiqləri altında qalmaq istəmir. Bunun əvəzinə, regional tərəfdaşlarla – xüsusilə də Azərbaycanla əməkdaşlığa üstünlük verir. Prezident Kavelaşvilinin ilk səfərinin Azərbaycana yönəlməsi də bu yanaşmanın bariz nümunəsidir. Təsadüfi deyil ki, Azərbaycan yalnız strateji tərəfdaş deyil, həm də Gürcüstan üçün etibarlı dost və model ölkə rolunu oynayır. Bakı ilə yaxınlıq isə, öz növbəsində, Ankara ilə də əlaqələrin dərinləşdirilməsi üçün bir körpü rolunu oynayır. Beləliklə, Bakı-Tiflis-Ankara xətti üzrə formalaşan regional əməkdaşlıq platforması həm enerji, həm də nəqliyyat-tranzit sahələrində mühüm üstünlüklər qazandıra bilər".

Kazım Kazımov onu da qeyd edib ki, Gürcüstan Azərbaycanın bölgədəki rolunu, torpaqlarını geri qaytarmasını və xarici təzyiqlərə qarşı ayıq-sayıq siyasətini diqqətlə izləyir. Məhz buna görə də, Gürcüstan üçün bu gün Bakı bir növ nümunəvi modelə çevrilib desək, yanılmarıq.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Aprel 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see394

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see347

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see343

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see339

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see322

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see313

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see300

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see289

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see272

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see269

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see251

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see242

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see241

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see240

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see239

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see229

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see216

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see212

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri