Icma.az
close
up
RU
Gürcüstanla sərhədin açılacağı anonsu

Gürcüstanla sərhədin açılacağı anonsu

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Tiflisin yeni təklifinə Bakı razı olacaqmı?

2020-ci ildən bəri Azərbaycanın quru sərhədləri bağlıdır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin indi reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir. Sonuncu dəfə baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən ölkədə tətbiq edilən xüsusi karantin rejimi gələn ilin yanvarınadək uzadılıb.

Azərbaycan və Gürcüstan arasında sərnişin qatarlarının hərəkətinin bərpa ediləcəyi ilə bağlı xəbərlər olsa da konkret heç bir addım yoxdur. Gürcüstan tərəfi həm də rəsmi şəxslərin dilindən Bakı-Tiflis-Bakı marşrutu üzrə qatarların yenidən işləyəcəyini deyiblər. Amma rəsmi Bakının bu xəbərlərə heç bir reaksiyası yoxdur.

İndi də Gürcüstanın “bir pəncərə” konsepsiyası çərçivəsində Azərbaycanla birgə sərhəd-keçid məntəqələrinin yaradılması üzərində işlədiyi barədə xəbərlər yayılıb. Bu barədə Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Mərkəzi Asiya və Qafqaz ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun icraçı direktor müavini Bo Li ilə görüşündə bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün həyata keçirilməsi prosedurların sadələşdirilməsini və infrastrukturun modernləşdirilməsini tələb edir. Nazir qeyd edib ki, Gürcüstan son illərdə rəqəmsal vergitutma, effektiv gömrük nəzarəti, dövlət xidmətlərinin sadələşdirilməsi sahələrində mühüm addımlar atıb.

Xutsişvili Azərbaycan, Türkiyə və Ermənistanla sərhədlərə qədər avtomobil yollarının tikintisinin başa çatdırılmasının vacibliyini vurğuladı ki, bu da nəqliyyat əlaqələrini gücləndirəcək.

Orta dəhlizdən danışan nazir qeyd edib ki, onun davamlı inkişafı üçün sıx regional əməkdaşlıq və beynəlxalq maliyyə institutlarının dəstəyi vacibdir. Gürcüstan sərhədlərin açılması ilə bağlı dəfələrlə rəsmi müraciət etsə də, nəticə yoxdur. İndi də sərhədlə bağlı “bir pəncərə” sərhəd-keçid məntəqəsi yaradılması müzakirə edilir, amma yenə Azərbaycanın reaksiyası yoxdur.

“Bir pəncərə” sərhəd-keçid məntəqəsinin yaradılmasına Azərbaycan razılıq verməlidirmi və bu variant müsbət effekti verə bilərmi?

Natiq Cəfərli 

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda quru sərhədlərinin bağlı qalması üçün hazırda səbəb yoxdur, quru sərhədləri açılmalıdır: “Çünki quru sərhədlərin bağlı olması həm iqtisadiyyata, həm turizmə ziyan vurur, həm də vətəndaşların mənəvi-psixoloji vəziyyətinə mənfi təsir göstərir. Hazırda pandemiya səbəbilə dünyada bizdən başqa heç bir ölkənin quru sərhədləri bağlı deyil. Məncə, artıq bu problem həllini tapmalıdır. O ki qaldı Gürcüstanın "bir pəncərə" sərhəd-keçid məntəqəsi yaratmaq ideyasına, Azərbaycan buna reaksiya verəcək və yəqin ki, buna razılıq da olacaq. Çünki burada söhbət axı təkcə sərnişinlərdən getmir, yük daşımalar dayanmayıb. Azərbaycan-Gürcüstan sərhədi yükdaşımalar üçün açıqdır. Sərhəd sərnişinlər, vətəndaşlar üçün qapalıdır. Əslində o da tam qapalı deyil, xarici vətəndaşlar, yaxud Gürcüstan vətəndaşları heç bir maneə olmadan Azərbaycandan Gürcüstana keçə bilirlər. Söhbət Azərbaycan vətəndaşları üçün sərhədin bağlı olmasından gedir. Yük daşımalar isə davam edir. Yükdaşımalar “bir pəncərə” prinsipi ilə həyata keçirilə bilər. Bu, Azərbaycana da sərf edir. Təbii ki, buna görə də Azərbaycan tərəfinin məsələyə pozitiv reaksiyası olmalıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri