Icma.az
close
up
RU
Gürcüstanlı politoloq: İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı

Gürcüstanlı politoloq: İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"2025-ci il avqustun 8-də Ağ Evdə tarixi bir hadisə baş verdi. Azərbaycan-Ermənistan-ABŞ arasında tarixi bəyannamə imzalandı".

Bunu Oxu.Az-a açıqlamasında gürcüstanlı politoloq Giorgi Qoqua deyib.

O bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan geostrateji hadisədir ki, bu da Bakıya Naxçıvana birbaşa nəqliyyat əlaqəsi yaratmağa və bununla da enerji resurslarını Türkiyə vasitəsilə Avropaya çatdırmağa imkan verəcək:

"Rusiyanın Cənubi Qafqazda təsirinin zəifləməsi və ABŞ-nin maraqlarının artması fonunda yeni bir geosiyasi reallığın əsası qoyulur ki, burada Rusiya ilə yanaşı ikinci uduzan tərəf də İran olacaq. İranın və Rusiyanın Qafqaz bölgəsindən sıxışdırılması hələ tam reallığa çevrilməyib. Xatırladaq ki, əgər Ermənistan və Azərbaycan yeni iqtisadi əlaqələri inkişaf etdirərlərsə, Cənubi Qafqazda Rusiyanın maraqlarına tabe olan Gürcüstan hökuməti ciddi itkilərlə üzləşə bilər. Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hələlik təhlükə gözlənilmir və Azərbaycan qazı və nefti yenə də bu yolla Qərbə çatacaq, lakin Gürcüstan az da olsa öz nəqliyyat funksiyasını itirəcək.

Digər tərəfdən, əgər Rusiya Asiya yükləri üçün Gürcüstan üzərində nəqliyyat dəhlizi kimi nəzarət qurarsa, artıq Ermənistan-Azərbaycan münasibətlərinin dinamik inkişafına mane olmayacağı ehtimal edilir. Bundan əlavə, onların sülhməramlı əməliyyatlarının təminatçısı ABŞ-dir ki, Zəngəzur dəhlizinin logistika idarəçiliyinə məsuliyyət daşıyacaq və bununla da Rusiyanı Cənubi Qafqazda yenidən xaos və qeyri-sabitlik yaratmaq imkanından məhrum edəcək", - deyə analitik vurğulayıb.

Müsahibimiz əlavə edib ki, əgər Prezident İlham Əliyevin cəsarəti, uzaqgörənliyi və heyrətamiz siyasi intuisiya ilə seçilən müdrik addımları olmasaydı, bu gün Qarabağ hələ də ermənilərin işğalı altında qalardı: "İlham Əliyev müasir Azərbaycanın tarixini yazdı, onun adı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri