Icma.az
close
up
RU
Güvənməkdə çətinlik yaşayan bürclər

Güvənməkdə çətinlik yaşayan bürclər

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bəzi bürclərlə qısa müddətdə yaxın münasibət qurmaq onların etibarını qazandığınız demək deyil. Sizinlə gülə, saatlarla söhbət edə, hətta sirlərini paylaşa bilərlər. Ancaq ən həssas tərəflərini göstərmək üçün davranışlarınızı aylarla müşahidə edə bilərlər.

Dolça

Dolça bürcü kənardan çox sosial, rahat və ünsiyyətcil görünə bilər. Fərqli insanlarla asanlıqla söhbət etməsi hər kəslə yaxın münasibət qurduğu təəssüratını yaradır. Halbuki Dolçanın düşüncə dünyasına daxil olmaqla onun gündəlik həyatının bir hissəsinə çevrilmək arasında böyük fərq var. Ətrafında çoxlu insan olsa da, həqiqətən yalnız bir neçə nəfərə güvənir.

Qarşısındakı insanın fərqli fikirlərə necə yanaşdığını, verdiyi sözlərə əməl edib-etmədiyini və şəxsi sərhədlərə hörmət edib-etmədiyini uzun müddət müşahidə edir. Xüsusilə onu idarə etməyə çalışan və ya düşüncələrini kiçik görən insanlardan dərhal uzaqlaşır. Güvənməyə başladıqda isə fikirlərini, gələcək planlarını və heç kimlə paylaşmadığı tərəflərini tədricən göstərməyə başlayır.

Xərçəng

Xərçəng bürcü emosional və qayğıkeş davranışlarına görə insanlara asanlıqla güvənirmiş kimi görünə bilər. Yeni tanış olduğu insanın problemlərini dinləyə, ona kömək edə və qısa müddətdə səmimi ünsiyyət qura bilər. Lakin başqalarına şəfqət göstərməsi öz emosional sərhədlərini dərhal aradan qaldırdığı anlamına gəlmir.

Keçmişdə yaşadığı məyusluqları uzun müddət unutmadığı üçün yeni birinə yaxınlaşarkən olduqca ehtiyatlı davranır. Kiçik bir sirrinin qorunub-qorunmadığına, çətin günündə qarşısındakı insanın necə davrandığına və göstərilən dəyərin qarşılıqlı olub-olmadığına diqqət edir. Hər hansı uyğunsuzluq hiss etdikdə bunu dərhal demək əvəzinə özünə qapana bilər.

Şir

Şir bürcü özünəinamlı davranışları ilə heç nədən təsirlənmirmiş kimi görünə bilər. İnsanlarla asan ünsiyyət qurur, olduğu mühitdə diqqət çəkir və hisslərini açıq şəkildə ifadə etməkdən çəkinmir. Lakin bu özünəinamlı görünüşün altında qürurunun incinməsinə qarşı olduqca həssas bir tərəf var.

Şir üçün güvən yalnız bir sirrin qorunması demək deyil. Qarşısındakı insanın onun olmadığı mühitlərdə onun haqqında necə danışdığına, uğurlarını həqiqətən dəstəkləyib-dəstəkləmədiyinə və çətin vaxtlarında yanında olub-olmadığına diqqət edir. Üzünə təriflər yağdırıb arxasınca fərqli davranan insanları fərq etdikdə münasibəti səssizcə bitirə bilər.

Oxatan

Oxatan bürcü tez dostluq qurması, əyləncəli davranışları və həyatını açıq şəkildə danışması səbəbindən insanlara dərhal güvənən bürclərdən biri hesab edilə bilər. Halbuki Oxatan üçün insanlarla yaxşı vaxt keçirmək ilə kimisə şəxsi həyatına daxil etmək eyni şey deyil. Ətrafı geniş olsa da, əsl problemlərini danışdığı insanların sayı olduqca az ola bilər.

Onun ən böyük narahatlığı yaxınlaşdığı insanın zamanla azadlığını məhdudlaşdırmağa başlamasıdır. Buna görə qarşısındakı insanın qısqanclıq, təzyiq və nəzarət məsələlərində necə davrandığını uzun müddət müşahidə edir. Özünə verilən sərbəstliyin qarşılığında sorğu-suala tutulduğunu və ya emosional şəkildə yönləndirildiyini hiss edərsə, səmimiyyətini sürətlə azalda bilər.
Leyla
Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 Avqust 2026 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see293

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see290

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see285

Qızıl və gümüş yenə ucuzlaşdı

22 Noyabr 2026 15:36see270

Yaşlandıqca gücdən düşməmək üçün həkim ən vacib qaydanı açıqladı

23 Noyabr 2026 05:06see259

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see256

Qəzzada meningit təhlükəsi: Səhiyyə sistemi yeni böhranla üz üzə

22 Noyabr 2026 19:35see244

77 yaşlı Sumqayıt şəhərdə atəşfəşanlıq olub

23 Noyabr 2026 00:24see240

ABŞ İrana qarşı hərbi məqsədlərinə çata bilməyəcəyini anlayıb Qalibaf

22 Noyabr 2026 15:16see239

Məşhur ŞAMAN Rusiyanın gələcəyini açıqladı: “10 il sonra belə olacaq”

22 Noyabr 2026 23:36see238

Argentinada keçirilən triatlon yarışının qeyri adi nəticəsi VİDEO

23 Noyabr 2026 00:40see224

Bakıda istiliksiz qalan binanın sakinlərindən niyə pul istənilir? Video

22 Noyabr 2026 21:58see223

Müasir İncəsənət Muzeyində rəssam Nigar Ağabəylinin “İki dünya arasında” adlı fərdi sərgisi açılıb

22 Noyabr 2026 23:54see222

Vladimir Putin İlham Əliyevi təbrik etdi

23 Noyabr 2026 02:04see222

Münaqişənin davam etdiyi bir vaxtda Hörmüz boğazını üzüb keçdi VİDEO

22 Noyabr 2026 15:21see219

Yüksək təzyiqin gizli səbəbi İnsanlar bundan xəbərsizdir

23 Noyabr 2026 04:05see213

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see211

Spalletti “Yuventus”un qələbəsi ilə tarixə düşdü: 600 cü oyun və rekord

23 Noyabr 2026 03:29see208

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see207

18 il əvvəl Kurtlar vadisi nin çəkildiyi QURMARXANAYA BASQIN EDİLDİ FOTO

23 Noyabr 2026 02:04see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri