Icma.az
close
up
RU
Güzəştli mənzillər necə satılsın: Narazılıq yaranmaması üçün...

Güzəştli mənzillər necə satılsın: Narazılıq yaranmaması üçün...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"35 saniyə ərzində güzəştli mənzillərin satışının bitməsi, tələb və təklif arasındakı böyük fərq bu məsələyə bir qədər daha ədalətli yanaşmanı zəruri edir. İnsanlara güzəştli mənzil fürsətinin yaradılması sözsüz ki, uğurlu və təqdirə layiq işdir".

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib. 

Lakin o qeyd edib ki, bu prosesin ən böyük çatışmayan tərəfi ev qazanmaq şansını insanların əl bacarıqlarına və istifadə etdikləri avadanlıqların texniki göstəricilərinin öhdəsinə və ya sosial həsassılqla heş bir əlaqəsi olmayan amillərin öhdəsinə buraxmaqdır: 

"Yəni bütün proses boyu sosial həssaslıq faktorları nəzərə alınan bir işin ən son həlledici məqamında bu sosial həssaslığın nəzərə alınmadan digər amillərin önə çıxmasını doğru hesab etmirəm. 

Əgər sual olunursa ki, məsələn, 10 müraciətçi və 3 mənzil varsa, bunu necə verək?  Bununla bağlı bir dəfə ümumi yazmışdım. İndi isə konkret təkliflərimi yazmaq istəyirəm. Çox rahat şəkildə müraciətçilər arasında həssaslıq dərəcəsinin və ehtiyacların qiymətləndirilməsi üçün daha təkmil bir sistem yaradıla bilər.  Şərti olaraq bunu, “Ehtiyac Qiymətləndirilməsi Sistemi” adlandıra bilərik. 

Bu sistem insanların həm həssaslı dərəcəsini, həm də evlərə olan ehtiyaclarının dərəcəsini qiymətləndirə və sıralaya bilər.  İnsanın iki gözünu də bir-birindən fərqləndirmək olur. Dünyada tam bərabər heç nə yoxdur. 

Deməli, hər bir həssas qrup nümayəndəsi mütləq digərindən çox həssas və ya az həssasdır. Odur ki, avtomatlaşdırılmış bu sistem ən azı sosial həssaslıq dərəcəsi və ehtiyac dərəcəsi kimi 2 kritertiya üzrə qiymətləndirmə apara bilər. Məsələn, Şəhid ailəsi, müəllim, hərbiçi və digər kriteriyalar üzrə qiymətləndirə bilər. 

Amma əvvəlcə bu həssaslıq dərəcələri çoxdan aza doğru xüsusi dövlət komissiya tərəfindən kodlaşdırılaraq sıralanmalı və yaradılacaq avtomatlaşdırılmış sistem bu əsasdan formalaşmalıdır. Yəni, ayrı-ayrı indekslər yaradılır və bu indekslər ən ədalətli sıralamanı təmin edir".  

Ekspert bildirib ki, birinci növbədə sıralama prosesi həssaslıq dərəcəsinə görə aparılır: 

"Eynilik yaranacağı hallarda isə ikinci kriteriyadan istifadə edilməlidir.

Bu kriteriya isə “Ehtiyac” kriteriyası olmalıdır. Bu kriteriya üzrə müraciətçinin yaşayış şəraiti, gəlirləri və digər sosial amilləri qiymətləndirilə və sıralana bilər. 

Tikilən binalar isə sistemin sıralaması əsasında paylana bilər. Şəffaflığın təmin edilməsi üçün isə mütləq bu sıralama bütün digər müraciətçilər üçün açıq olmalıdır.

Amma bu zaman bir problem çıxa bilər. Daha az həssas hesab edilən qruplar sıralamada daim geridə qala və mənsizlərə sahiblənə bilməzlər. Bu problem həll etmək üçün isə Avtomatlaşdırılmış Sistem sıraladığı müraciətçiləri həm də qruplar daxilində sıralamalıdır. Bundan sonra mənzillər həmin qruplar arasında mütənasibliklə bölünməlidir. 

Məsələn, hər 100 mənzildən 30-u vətən müharibəsilə bağlı olan həssas qurplar üçün, 20-si müəllim qrupu üçün, 15-i dövlət qulluqçuları üçün və s.

Yuxarıda yazdıqlarım mürəkkəb görünərsə, müraciət olunacağı təqdirdə təkliflərimi daha detallı şəkildə hazırlayaraq təqdim edə və prosesdə şəxsən iştirak edə bilərəm. 

Digər daha bir sadə, amma ədalətli variant da mövcuddur. O zaman ya xüsusi sistem lazım deyil, ya indeksləşdirmək. Sadəcə televiziyada xüsusi qurumların nümayəndələrdən ibarət komissiyanın iştirakı ilə canlı yayımda lotoreya vasitəsilə qaliblərin seçilməsi daha ədalətli olardı. 

O zaman hər kəsin qalib olma ehtimalı (şansı) bərabər olardı. Ehtimalların bərabər paylanması ədaləti də bərabər paylamış olar".

Nigar
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri