Icma.az
close
up
RU
Güzəştli mənzillər üçün yeni satış üsulu gözlənilir?

Güzəştli mənzillər üçün yeni satış üsulu gözlənilir?

Icma.az, Azpost portalına istinadən məlumat verir.

MİDA və İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) layihələri üzrə mənzillərin saniyələr içində satılması sistemin sosial baxımdan düzgün məqsəd daşımasına baxmayaraq, vətəndaşlar və ekspertlərin narazılığına səbəb olur. Belə ki, MİDA və İKZF layihələri üzrə əsasən Bakıda satışa çıxarılan mənzillər saniyələr içində alınır. Bu barədə vətəndaşlar sosial şəbəkələrdə qeyd edirlər ki, hakerlə əməkdaşlıq edən şəxslər ev almağa daha tez nail olurlar. Sosial evlərin alışı mexanizmi ehtiyac səviyyəsi və digər zərurətlər müstəvisində baş tutmur, əksinə proses klaviatura yarışına çevrilib.

Belə narazılıq hallarının baş verməməsi üçün alternativ mexanizmlər mümkündür?

Əmlak eksperti Elnur Azadov bildirib ki, MİDA və İKZF layihələrinin mənzilləri satışı çıxarıldıqda problemlər yaşanır:

“Mənzillərin satış prosesi bir neçə saniyə davam edir. Bu zaman müddətində vətəndaşların sistemə düşə bilməməsi, bir neçə saniyədə satış prosesinin yekunlaşması, internetin bəzi ərazilərdə zəif olması əsas problemlərdəndir”.

Ekspert satış prosesinin alternativ üsullarla keçirilməsini təklif edir. Bu variantlar arasında ən optimalı püşkatmadır:

“Bu istiqamətdə başqa alternativ yol görmürəm. Hansısa haker, informasiya texnologiyaları mütəxəssisi bu sistemə müxtəlif yollarla daim müdaxilə edə bilirsə, daha uyğun, ənənəvi şəkildə püşkatma prosesi keçirilə bilər. Bu ən uyğun variant hesab olunur”.

Əmlak eksperti Şahin İbadoğlu isə bildirib ki, ilk növbədə, satış platformalarında texniki təhlükəsizlik gücləndirilməlidir. Avtomatlaşdırılmış bot və skriptlərin qarşısını alan mexanizmlər, çoxsəviyyəli CAPTCHA sistemləri, IP və cihaz əsaslı limitlər, real vaxtda davranış analizi tətbiq olunmalıdır. Bu, sıravi vətəndaşla qeyri-qanuni proqramlardan istifadə edən şəxslər arasında balansı bərpa edə bilər:

“İkinci mühüm məsələ şəffaf və ədalətli seçim mexanizminin qurulmasıdır. “Kim tez daxil oldu” prinsipi əvəzinə əvvəlcədən qeydiyyat, ballama və ya elektron püşkatma (lotereya) sistemi tətbiq edilə bilər. Bu yanaşma insan faktorunu və texniki manipulyasiyaları minimuma endirər. Üçüncüsü, sosial nəzarət mexanizmləri gücləndirilməlidir. Eyni şəxsin, ailənin və ya əlaqəli şəxslərin bir neçə mənzil əldə etməsinin qarşısı hüquqi və texniki yollarla alınmalıdır. Mənzillərin qısa müddətdə alqı-satqısına və ya icarəyə verilməsinə məhdudiyyətlər də spekulyasiyanın qarşısını ala bilər. Dördüncü istiqamət hüquqi məsuliyyət və cəza mexanizmləridir. Müvafiq orqanlar tərəfindən hakerlərin müəyyən olunması göstərir ki, problem realdır. Bu kimi əməllərə görə inzibati yox, cinayət məsuliyyətinin açıq və sərt şəkildə tətbiqi preventiv təsir yaradar”.

Ekspertin fikrincə, ictimai məlumatlandırma və açıq hesabatlılıq vacibdir. Satış prosesinin statistikası, müraciət edənlərin sayı və seçim mexanizmi cəmiyyətə açıq şəkildə təqdim olunmalıdır. Şəffaflıq artdıqca, etimad da artacaq:

“Yekun olaraq, məsələ yalnız texniki deyil, sosial ədalət problemidir. Məqsəd evlərin sürətlə satılması yox, həqiqətən ehtiyacı olan vətəndaşların bu imkanlardan bərabər şəkildə yararlana bilməsidir”, – deyə o əlavə edib. /Trend/

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azpost.info
archiveBu xəbər 17 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri