Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Haaqa səhnəsində NATO müzakirələri

Haaqa səhnəsində NATO müzakirələri

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir beynəlxalq münasibətlər sistemində strateji sabitlik və təhlükəsizlik anlayışları ənənəvi çərçivələrindən çıxaraq daha mürəkkəb və çoxşaxəli mahiyyət kəsb etməyə başlayıb. Qlobal güc balansında baş verən dəyişikliklər, yeni təhlükə formalarının meydana çıxması, beynəlxalq hüququn selektiv tətbiqi və beynəlxalq təşkilatların effektivliyinə dair artan suallar mövcud sistemin dayanıqlılığına ciddi təhdidlər yaradır.

Bu kontekstdə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) qarşıdan gələn Haaqa sammiti dünya nizamının gələcək konturlarını müəyyənləşdirəcək geosiyasi dialoqun platformasına çevrilir. Bəs bu yeni geosiyasi reallıqlar fonunda bizi hansı suallar düşündürməlidir? Əgər NATO ideoloji monolitliyini itirirsə, gələcəyin təhlükəsizlik arxitekturası kimlərin üzərində qurulacaq? Haaqa sammiti Qərb birliyinin taleyini müəyyən edəcək son fürsət ola bilərmi?

Son illər NATO daxilində müşahidə olunan daxili ziddiyyətlər, üzv dövlətlər arasında siyasi iradənin zəifləməsi, fərqli təhlükəsizlik prioritetləri və strateji yanaşmalar alyansın “vahid və bölünməz” xarakterini sarsıtmaqda davam edir. ABŞ-ın qlobal liderlik mövqeyindəki qeyri-müəyyənliklər, Avropa İttifaqı (Aİ) ölkələrinin təhlükəsizlik məsələlərinə münasibətdə daha fərdi və bəzən ziddiyyətli mövqe sərgiləmələri, həmçinin Rusiya və Çin kimi aktorların artan təsir dairəsi NATO-nun gələcək funksionallığını və transatlantik həmrəyliyini sual altına alır.

Mürəkkəb geosiyasi mənzərədə keçiriləcək Haaqa sammiti alyansın daxili konsolidasiya səviyyəsini ölçmək və yeni strateji prioritetlərini müəyyənləşdirmək baxımından kritik əhəmiyyət daşıyır. Sammitin gündəliyində yer alacaq məsələlər, xüsusilə Ukrayna müharibəsi kontekstində NATO-nun genişlənmə siyasəti və Rusiya ilə münasibətlərin gələcəyi həm regional, həm də qlobal təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərmək potensialına malikdir.

Azərbaycan üçün isə bu proseslərin izləyicisi olmaqdan daha çox, dəyişən geosiyasi şərtlər daxilində strateji mövqe formalaşdırmaq zərurəti yaranır. Haaqa sammitində səslənəcək ritorika, qəbul ediləcək qərarlar və formalaşacaq mövqelər Azərbaycanın öz təhlükəsizlik siyasətini, enerji diplomatiyasını və regional təşəbbüslərini yenidən nəzərdən keçirməsi üçün mühüm siqnallar verə bilər.

***

NATO-nun yaradıldığı 1949-cu ildən bu günə qədər onun əsas funksiyası yalnız kollektiv müdafiə öhdəliyinə əsaslanmaqla məhdudlaşmayıb; eyni zamanda təşkilat liberal beynəlxalq nizamın, transatlantik həmrəyliyin və Qərb dəyərləri üzərində qurulmuş geosiyasi identikliyin simvoluna çevrilib. Soyuq müharibə dövründə Varşava Paktı ilə üz-üzə duran NATO üçün ideoloji birlik siyasi iradənin formalaşmasında mühüm əhəmiyyət kəsb edirdi. Birliyin mərkəzində ABŞ-ın liderliyi və Avropa müttəfiqlərinin onunla strateji konsensusu dayanırdı. Lakin bugünkü qlobal reallıqlar bu konsensusu ciddi şəkildə sarsıdır.

Müasir dövrdə NATO-nun daxili dinamikasında müşahidə olunan ziddiyyətlər artıq, sadəcə, taktiki mövqelərin müxtəlifliyi ilə izah edilə bilməz. Alyans daxilində ideoloji baxımdan bir-birindən uzaqlaşan konseptual yanaşmalar birliyə yönəlmiş dərin strateji təhdidlərə çevrilməkdədir. ABŞ və Avropa müttəfiqləri arasında təhlükəsizlik prioritetlərinin fərqlənməsi, müdafiə xərcləri ilə bağlı gərginliklər və beynəlxalq böhranlara münasibətdə sərgilənən fərqli yanaşmalar NATO-nun ortaq strateji xəttini zədələyir. Fransa Prezidenti Emmanuel Makronun alyansın “beyin ölümünün baş verdiyini” bəyan etməsi strukturun intellektual və siyasi dayanıqlılığına ünvanlanmış ciddi xəbərdarlıqdır.

Fikir ayrılıqları həm də Qərbin daxilində formalaşan yeni güc münasibətlərinin təzahürüdür. Aİ daxilində bəzi ölkələr - xüsusilə Fransa və Almaniya - ABŞ-dan daha müstəqil müdafiə və təhlükəsizlik strategiyası formalaşdırmaq istəyirlər. Bu cür təşəbbüslər “strateji muxtariyyat” anlayışı altında əsaslandırılsa da, əslində, onlar NATO-nun geosiyasi koordinasiya mexanizmini zəiflədən faktorlardan birinə çevrilir. ABŞ isə NATO-ya münasibətdə daha utilitar yanaşma sərgilədi və alyansın davamlılığını öz maraqlarına xidmət etdiyi qədər əsaslandırmağa çalışdı. Bu isə Avropa müttəfiqlərində etimad böhranı yaratdı, transatlantik münasibətlərdə uzunmüddətli sarsıntıların bünövrəsini qoydu.

Rusiya ilə münasibətlər kontekstində də NATO daxilində vahid mövqe formalaşdırmaq getdikcə çətinləşir. Şərqi Avropa ölkələri və Baltikyanı dövlətlər Rusiyaya qarşı sərt və prinsipial mövqe tələb etdiyi halda, Almaniya və Fransanın daha praqmatik və iqtisadi maraqlarla uzlaşan mövqeləri alyans daxilində parçalanmalara yol açır. Ukraynadakı müharibə bu ziddiyyətləri daha da kəskinləşdirib. NATO Ukraynaya dəstək versə də, bu dəstəyin forması və miqyası ilə bağlı konsensusdan uzaq mənzərə mövcuddur. Nəticədə, Rusiya ilə qarşıdurma fonunda NATO-nun operativ qərar qəbuletmə qabiliyyəti sual altına düşür və təşkilatın strateji effektivliyi azalır.

***

Haaqa sammiti bu baxımdan NATO-nun daxili birlik və funksional bütövlüyünün sınağa çəkildiyi kritik nöqtədir. Sammitdə formalaşacaq qərarlar və ifadə ediləcək mövqelər NATO-nun gələcək strateji konturlarını müəyyənləşdirə bilər. Əgər alyans üzvləri arasında ideoloji paralelliklər əvəzinə milli maraqların toqquşması davam edərsə, NATO-nun yalnız hərbi deyil, siyasi struktur kimi də dağılma riski qaçılmaz olacaq. Geosiyasi baxımdan, bu, yalnız NATO üçün deyil, qlobal güc balansı üçün də əhəmiyyətlidir. NATO-nun zəifləməsi Avropada təhlükəsizlik boşluğu yarada bilər və bu boşluğu ya Rusiya kimi revizionist güclər, ya da regional təhlükəsizlik təşəbbüsləri doldurmağa çalışacaq ki, bu da qlobal sabitliyin yeni sınaqlarla üz-üzə qalması deməkdir.

Ukrayna münaqişəsi NATO-nun daxilində ideoloji və strateji fikir ayrılıqlarını açıq şəkildə üzə çıxarıb və alyansın gələcək inkişaf istiqamətinə dair dərin suallar yaradıb. Ukraynanın NATO-ya üzvlüyü məsələsi alyansın kimliyini və təhlükəsizlik fəlsəfəsini yenidən formalaşdırmaq çağırışıdır. Bir tərəfdə Rusiyaya qarşı prinsipial mövqe sərgiləyərək alyansın genişlənməsini müdafiə edən ölkələr dayanır, digər tərəfdə isə bu genişlənmənin birbaşa hərbi toqquşma riski daşıdığına dair ehtiyatlı, hətta çəkinən yanaşmalar mövcuddur. Ziddiyyətlər NATO-nun daxili parçalanma riskini artırmaqla yanaşı, alyansın qərar qəbuletmə mexanizmlərinin effektivliyinə ciddi təsir göstərir. Beləcə, NATO artıq, sadəcə, kollektiv müdafiə doktrinası ilə kifayətlənmir, həm də müasir dövrdə təhlükəsizlik anlayışının və liberal dəyərlərin qorunması məsələsində özünü yenidən tanımaq məcburiyyətindədir.

***

NATO-nun Haaqa sammiti yalnız Avropanın şərq sərhədlərini yox, Cənubi Qafqaz regionunu da birbaşa təsir dairəsinə daxil edir. Bu bölgə, xüsusilə Azərbaycanın mövqeyi sayəsində qlobal geosiyasi oyunların strateji kəsişmə nöqtəsinə çevrilib. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi nəqliyyat və enerji layihələri Azərbaycanın regionun təhlükəsizlik məkanında önəmli aktor kimi çıxış etməsini təmin edir. Haaqa sammitindən çıxacaq qərarlar Qərbin regiondakı mövcudluğunun möhkəmlənməsi və ya zəifləməsi istiqamətində yeni mərhələnin başlanğıcı ola bilər. NATO Ukrayna məsələsində daha sərt mövqe tutarsa, bu, Cənubi Qafqazda Rusiya təsirini balanslaşdırmaq üçün müsbət şərait yarada bilər. Əks halda, qeyri-müəyyənlik və regional risklərin artması ehtimalı güclənəcək.

Azərbaycan Haaqa sammitində daha çox prosesləri müşahidə edən deyil, onlara aktiv təsir göstərən mərkəzi aktorlardan biri kimi çıxış edir. Bakı üçün bu sammit həm də enerji bazarlarında rəqabət qabiliyyətinin artırılması və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm mərhələdir. Azərbaycanın yaşıl enerji siyasəti, enerji diplomatiyasında əldə etdiyi uğurlar və beynəlxalq əməkdaşlıqlarda tətbiq etdiyi çevik yanaşmalar onun regional liderliyini və qlobal nüfuzunu artırır.

***

Türkiyənin NATO daxilində artan rolu və geopolitik təşəbbüsləri Azərbaycanın diplomatik imkanlarını əhəmiyyətli dərəcədə artırır. Ankara həm Qərblə, həm də Rusiya ilə balanslı, lakin prinsipial xarici siyasət yürüdərək, Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasında fəal iştirak edir. Türkiyənin NATO daxilindəki mövqeyi və bölgədə təşəbbüskarlığı Azərbaycanla strateji ittifaqını möhkəmləndirir və regionda koordinasiyalı hərəkət üçün əlverişli şərait yaradır. Haaqa sammiti bu baxımdan Türkiyə–Azərbaycan tandeminin regional və beynəlxalq səviyyədə təsir dairəsinin genişlənməsi üçün yeni platforma təqdim edə bilər.

Nəticə olaraq qeyd edə bilərik ki, Haaqa sammiti NATO-nun birliyini qorumaq və ya yenidən formalaşdırmaq məsələsində dönüş nöqtəsidir. NATO parçalanacaqmı, yoxsa yenidən doğulacaqmı?

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 İyun 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see304

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see285

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see281

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see243

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see235

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see223

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see222

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see212

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see210

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see208

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see202

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see202

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see195

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see192

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see187

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see187

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see185

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see184

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see173

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri