Icma.az
close
up
RU
Haber Global: AZALın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Haber Global: AZALın təyyarəsinin GPS sisteminin sıradan çıxarılması şübhəli məqamdır Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təyyarə qəzası ilə bağlı hələ cavabını gözləyən suallar var.

AZXEBER.COM xəbər verir ki, bunu Türkiyənin "Haber Global” televiziyasının efirində bu kanalın Xarici xəbərlər departamentinin müdiri Süheyla Demir deyib.

O, bildirib ki, əsas müəmmalı məqamlardan biri Ukraynanın PUA hücumlarına baxmayaraq, Çeçenistanın niyə hava sahəsini bağlamaması ilə bağlıdır: "Bu, laqeydliyin təzahürüdür. İkinci tərəfdən, Çeçenistan bu ay ərzində bir neçə dəfə Ukraynanın hücumuna məruz qalıb. Hər dəfə hücumlarla bağlı rəsmi açıqlama verilib. Bu dəfə isə məsələyə sanki heç nə olmamış kimi yanaşıldı. Həmçinin nə Çeçenistan, nə də Rusiya təyyarənin Rusiya ərazisindəki aeroportlara enməsinə icazə verilib. Bəlkə də, nəqliyyat vasitəsinin Xəzər dənizinə düşməsinə zəmin hazırlanırdı”.

S.Demirin sözlərinə görə, təyyarənin GPS sisteminin sıradan çıxarılması müəmmalı və şübhəli məqamdır: "Qəzadan sonra Rusiya tərəfi təyyarənin quş dəstəsi ilə toqquşması barədə məlumat yaydı. Amma təyyarədə qan izləri yox idi. Ola bilsin, Rusiya fikri yayındırmağa çalışıb. İndi əsas sual Azərbaycandan üzr istənilib – istənilməməsidir. Rusiyanın üzr istəməsi və hadisəni törədənlərin cəzalandırılması vacibdir. Görünən odur ki, indiki məqamda Rusiyaya səfər etmək təhlükəlidir”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb. Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfər Azərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfər Qırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.

Qeyd edək ki, hadisədən sonra dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Eyni zamanda Prezident İlham Əliyev dekabrın 26-nın Azərbaycanda matəm günü elan olunması barədə sərəncam imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 27 Dekabr 2024 23:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri