Haber Global : Şimali Kipr Türk Cümhuriyyətində TEKNOFEST festivalı başlayıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) kosmos, aviasiya və texnologiya festivalı "TEKNOFEST" öz işinə başlayıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Selçuk Bayraktar festivalın açılış günü jurnalistlərin suallarını cavablandırıb.
O, açıqlamasında qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyəti gənclərinin qabaqcıl texnologiyalara marağını nəzərə alaraq "TEKNOFEST" festivalını məhz burada keçirmək qərarına gəliblər.
"Bilirsiniz ki, ilk festivalımız İstanbulda, daha sonra Anadolu bölgəsində təşkil etdik. Ardınca can Azərbaycanda möhtəşəm bir "TEKNOFEST" festivalı keçirildi. Növbəti dayanacağımız isə bura - Şimali Kipr Türk Cümhuriyyəti oldu", - deyə Selçuk Bayraktar vurğulayıb.
O fikrinin davamında qeyd edib ki, "TEKNOFEST" festivalı gənclərin texnologiya və innovasiya sahəsində potensialının üzə çıxarılması üçün unikal platformadır.
"Haber Global": Şimali Kipr Türk Cümhuriyyətində "TEKNOFEST" festivalı başlayıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 01 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















