Haber Global : Suriya qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşmayacaq
Icma.az, Oxu.az saytına istinadən bildirir.
"Əhməd əş-Şaraa Suriyanın müvəqqəti prezidenti elan edildi, Əsəd rejimindən qalan ordu və parlament təhlükəsizlik bölmələri isə ləğv edildi. BAAS partiyası bağlandı və aktivləri dövlətə verildi və onun bir daha açılmaması barədə qərar qəbul edildi".
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Haber Global" telekanalında keçirilən siyasi müzakirələr zamanı təhlükəsizlik və xarici siyasət ekspert Dr. Ayhan Sarı danışıb.
"Onlarla hərbi fraksiya öz səlahiyyətlərini konsensus yolu ilə yeni hökumətə təhvil verdiklərini bildirib. Bu, yeni, bəlkə də sayı 300 minə çatan güclü Suriya ordusu deməkdir. Belə bir qarşıdurma şəraitində 300 minlik ordu illərdir vuruşur. Ortada Rusiyaya, İrana, "Hizbullah"a, Əsəd rejiminə, lazım olanda ABŞ-yə, dəstəklədiyi PKK və YPG terror təşkilatlarına qarşı döyüşən bir ordu var idi. Bu ordu indi Suriyada özünün unitar strukturunu qurdu və onların qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşacağını düşünmürəm", - Dr. Ayhan Sarı bildirib.
Daha ətraflı süjetdə:
"Haber Global": "Suriya qarşıdakı dövrdə heç bir Qərb dövləti ilə vuruşmayacaq"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 30 Yanvar 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















