Icma.az
close
up
RU
“Haber Türk”: Zəngəzur dəhlizi həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada geoiqtisadi vəziyyəti dəyişdirəcək

“Haber Türk”: Zəngəzur dəhlizi həm Cənubi Qafqazda, həm də Mərkəzi Asiyada geoiqtisadi vəziyyəti dəyişdirəcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Ankara, 12 avqust, AZƏRTAC

Azərbaycanın qərb rayonlarını Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək dəhliz (Zəngəzur dəhlizi və ya “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” – red.) təkcə Cənubi Qafqazda deyil, Mərkəzi Asiya ölkələrində də geoiqtisadi vəziyyəti dəyişdirə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin “HaberTürk” xəbər kanalının analitik materialında deyilir.

Reportajda qeyd edilir ki, yeni dəhlizin istifadəyə verilməsi ilə Asiya ilə Avropa arasında yüklərin çatdırılması marşrutlarının prioritetinə yenidən baxılacaq, yük axınlarının ənənəvi istiqamətlərinin əhəmiyyəti azalacaq.

Telekanal Türkiyənin Qars vilayəti ilə Naxçıvanı birləşdirən yeni dəmir yolu layihəsinin icrasına start verildiyini də diqqətə çatdırır. Onun istifadəyə verilməsi təxminən beş il çəkəcək.

Reportajda daha sonra qeyd edilir: “Zəngəzur dəhlizinin işə salınması mövcud Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini azaltmayacaq. Əksinə, Avropa ilə Asiya arasında ticarətin həcmini nəzərə alsaq, iki marşrut bir-birini tamamlayacaq. Bütün bunlar regionun logistika potensialını və tranzit imkanlarını artıracaq”.

Telekanal bildirir ki, Naxçıvandan keçəcək yeni marşrut Türkiyə ilə Azərbaycan arasında əlaqəni 343 kilometr azaldacaq.

“Zəngəzur dəhlizinin tam istifadəyə verilməsi bir neçə il çəkə bilər ki, bu da Avrasiyada malların çatdırılma müddətini və tədarükçülərin xərclərini azaldacaq. Bu dəhliz Avropaya ixrac üçün mühüm arteriya əldə edəcək və son nəticədə regiondakı bütün vəziyyətə təsir edəcək Mərkəzi Asiya ölkələri üçün də yeni imkanlar açacaq”, -deyə reportajda qeyd olunur.

Türkiyə telekanalı vurğulayır ki, Azərbaycan üzərindən strateji dəhliz Mərkəzi Asiyanın beş ölkəsinin geoiqtisadi tələbatlarını tam şəkildə ödəyə biləcək.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see184

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see183

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see181

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see176

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see153

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see150

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see148

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see143

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see140

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see138

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see137

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see135

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see134

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see132

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see129

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see129

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see128

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri