Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Futbol bileti olanlar vizanı tez alacaqlar

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

BİRMARKET də ŞOOOK Cümə!

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Gələn ay 30 manat yardım veriləcək

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Azərbaycanın həm Cənubi Qafqazda, həm də Türk dünyasındakı mövqeyi güclənməkdədir

Azərbaycanın həm Cənubi Qafqazda, həm də Türk dünyasındakı mövqeyi güclənməkdədir

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Türk Dövlətləri Təşkilatının (TDT) 20-21 may tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Zirvə görüşü status etibarilə qeyri-rəsmi xarakter daşısa da, lakin siyasi əhəmiyyəti baxımından və mənəvi-psixoloji atmosferinə görə olduqca önəmli bir Türk Sammiti kimi tarixdə iz buraxdı. Bu sammitdə TDT-nin növbəti dövr üçün müəyyənləşdirdiyi prioritetlər, Türk İnvestisiya Fondunun layihə fəaliyyətinə başlanmasının vacibliyi, TDT çərçivəsində müdafiə sənayesi sahəsində məhsuldar çoxtərəfli əməkdaşlığın genişləndirilməsi, üzv dövlətlərin birliyini və həmrəyliyini pozmağa yönəlmiş hər hansı hərəkət və təhdidlərin qarşısının alınması, Quzey Kipr Türk Cümhuriyyətinin müşahidəçi qismində təşkilatın işinə dəyərli töhfələrinin alqışlanması və eyni zamanda, Kipr məsələsinin danışıqlar yolu ilə, qarşılıqlı məqbul və həyat qabiliyyətli həllinə nail olunması, habelə gömrük sadələşdirilməsi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat dəhlizləri, hərbi əməkdaşlığın gücləndirilməsi və s. kimi bir çox aktual məsələlər üzrə fikir mübadiləsi aparıldı.
Budapeşt Sammitinin nəticələri göstərdi ki, son illərdə TDT-nin beynəlxalq nüfuzu və funksional rolu nəzərəçarpacaq dərəcədə artmaqdadır. Türk dövlətlərini birləşdirən TDT son 15 ildə böyük sürətlə məsləhətçi platformadan nəticəyönümlü bir təşkilata keçid etməyi bacardı. Qarşıda isə əsas məqsəd TDT-nin institusional potensialını daha da gücləndirmək, regional əlaqəliliyi artırmaq və bütövlükdə Türk dünyasının qlobal təsir imkanlarını genişləndirməkdir. Bu prosesdə heç şübhəsiz ki, ən çox aktivlik və təşəbbüskarlıq göstərən aktorlardan biri də məhz Azərbaycandır. Azərbaycanın TDT-dəki rolu xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın həm Cənubi Qafqazda, həm də Türk dünyasındakı mövqeyi siyasi, iqtisadi, hərbi və humanitar aspektlərdən getdikcə daha da güclənməkdədir. Bizim ölkəmiz Türk Dövlətləri Təşkilatına (TDT) sonradan qoşulan ölkələrdən deyil. Azərbaycan TDT-nın ilk və əsas təsisçi üzvlərindən biridir. Çünki bu təşkilatın yaradılması haqqında Saziş 2009-cu ildə məhz Azərbaycanda, Naxçıvan şəhərində imzalanıb. Yəni ki, biz TDT-nın ilk Zirvə toplantısına, təsis yığıncağına ev sahibliyi etmişik. Bu, tarixi hadisədir. Geosiyasi baxımdan da bizim Türk dünyasında özəl yerimiz var. Çünki ölkəmiz coğrafi baxımdan Türk dünyasının tam mərkəzində yerləşir. Bu cəhətdən Azərbaycan birləşmiş Türk dünyası üçün xüsusi əhəmiyyət daşıyır. Başqa sözlə desək, Azərbaycan Türk dünyasında körpü rolunu oynayır, Türkiyə ilə Türküstan arasında birləşdiricilik missiyasını daşıyır.
Bu missiyanın müvəffəqiyətlə həyata keçirilməsində Azərbaycan Prezidenti İlham Əliyev müstəsna rol oynayır. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının müntəzəm görüşləri ilə yanaşı, hər il bir dəfə qeyri-rəsmi zirvə görüşləri də keçirilir. 2024-cü ildə mədəniyyət paytaxtımız Şuşa şəhəri TDT-nın qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi etmiş və Prezident İlham Əliyevin dəvəti ilə Quzey Kipr Türk Cümhuriyyətinin (QKTC) Prezidenti Ersin Tatar da ilk dəfə olaraq həmin görüşə qatılmışdı. Bu il isə Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvəsinə ev sahibliyi edəcək və bunun ardınca Təşkilatda sədrliyi həyata keçirəcək. Ona görə də Prezident İlham Əliyev Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə görüşündə türk dövlətlərinin liderlərini TDT-nın Azərbaycanda keçiriləcək 12-ci rəsmi Zirvə görüşünə dəvət etdi.
Dövlətimizin başçısı Türk dünyasının inteqrasiyasının gücləndirilməsi və TDT-nın institusional potensialının artırılması istiqamətində həqiqətən də güclü siyasi iradə nümayiş etdirir. Bu da təsadüfi deyil. Biz Cənab Prezidentin 2024-cü il fevralın 14-də keçirilmiş andiçmə mərasimində çıxışı zamanı Türk dünyası, Türk birliyi ilə bağlı səsləndirdiyi tarixi fikirlərini bu gün də böyük qürur hissilə xatırlayırıq. İlham Əliyev həmin çıxışında bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün prioritet və əsas beynəlxalq təşkilatdır, çünki bu təşkilat bir ailədir və bizim Türk dünyasından başqa bir ailəmiz yoxdur: "Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Biz özümüzü burada çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Türk Dünyası geniş coğrafiyaya, böyük əraziyə, güclü hərbi potensiala, əhəmiyyətli iqtisadiyyata, təbii sərvətlərə, nəqliyyat marşrutlarına, gənc və artmaqda olan əhaliyə, eyni kökdən gələn xalqlara malikdir. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox! Biz birgə səy göstərməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada mühüm bir aktora və güc mərkəzinə çevrilsin. Biz buna yalnız birlikdə nail ola bilərik”.
Beləliklə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra yeni bir dövrə qədəm qoyan Azərbaycan digər beynəlxalq təşkilatlarla əməkdaşlığını davam etdirməklə bərabər, öz xarici siyasətinin əsas prioritetlərindən biri kimi TDT çərçivəsində türk dövlətləri ilə münasibətlərin daha da möhkəmləndirilməsinə xüsusi üstünlük verir. TDT-nın üzv dövlətləri arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, onların prinsipial məsələlərdə vahid mövqedən çıxış etməsi və bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi sözsüz ki, bu təşkilatın daha da güclənməsi üçün əlverişli zəmin rolunu oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna isə biz ancaq birlikdə nail ola bilərik.
Təsadüfi deyil ki, türk dövlətləri ilə əlaqələrin strateji əhəmiyyətini Macarıstanın Baş naziri Viktor Orban da yüksək qiymətləndirir. Belə ki, ötən gün Budapeştə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında ev sahibi qismində çıxış edən Viktor Orban öz ölkəsinin bugünkü inkişafında və eyni zamanda, Macarıstanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan da daxil olmaqla türk dövlətlərinin rolunu xüsusi qiymətləndirdi və İlham Əliyevə, Rəcəb Tayyib Ərdoğana, eləcə də digər türk liderlərinə təşəkkürünü bildirərək, türk dövlətləri ilə əlaqələrin Macarıstan üçün strateji xarakter daşıdığını vurğuladı: “Əgər ümidimizi Avropa İttifaqına bağlasaydıq, belə inkişaf edə bilməzdik. Ukrayna müharibəsi fonunda Macarıstanın Türk dövlətləri Təşkilatı ilə münasibətləri böyük əhəmiyyət daşıyır”.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Budapeşt sammitində çıxışı zamanı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması barədə danışarkən İlham Əliyevin bölgəyə sülhü gətirəcək lider olaraq tarixə düşəcəyinə əminliyini bildirməsi də TDT-nın budəfəki Zirvə toplantısının ən önəmli məqamlarından biri kimi yadda qaldı. TDT-nın Budapeşt Zirvəsi yeni dünya düzənində baş verən dəyişikliklər və nəqliyyat dəhlizlərinin artan əhəmiyyəti fonunda Azərbaycanın geoiqtisadi çoxtərəflilik siyasətini həyata keçirməklə Avrasiya tranzit marşrutlarında, o cümlədən Şimal-Cənub Dəhlizində və Orta Dəhlizdə əsas rol oynamağa çalışan bir ölkə kimi önəmli bir rola malik olduğunu bir daha göstərdi. Azərbaycan artıq həm dost və qardaş ölkələr üçün, həm də Avropa İttifaqı, Çin kimi qlobal tərəfdaşlarımız üçün əhəmiyyətli tranzit ölkəyə çevrilib. Bu da Prezident İlham Əliyevin ardıcıl siyasətinin, düşünülmüş strategiyasının nəticəsində mümkün olub. Hazırda Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Budapeşt Zirvə görüşündə imzalanan Bəyannamədə həm TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyinin qeyd olunması, həm də ayrı-ayrı məsələlərlə bağlı Azərbaycanın davamlı liderliyinin təqdir edilməsi ölkəmizin bu qurumda xüsusi statusa malik olduğunu göstərir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 22 May 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see396

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see263

DDLA dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

18 Noyabr 2025 11:13see215

Futbol bileti olanlar vizanı tez alacaqlar

18 Noyabr 2025 11:16see157

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see155

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see149

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see149

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see147

BİRMARKET də ŞOOOK Cümə!

18 Noyabr 2025 09:38see142

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see140

Gələn ay 30 manat yardım veriləcək

18 Noyabr 2025 09:32see140

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see138

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see138

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see131

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see129

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see128

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see127

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see122

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see122

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri