Hacar: “Hemilton heç vaxt çirkin mübarizədə titul qazanmayıb”
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Racing Bulls” komandasının fransalı pilotu İsak Hacar “Ferrari” komandasının sürücüsü yeddiqat dünya çempionu Lyuis Hemilton haqqında danışıb.
İdman.Biz bildirir ki, builki “Formula-1” yarışında 14 qran-pridən sonra Hemilton 127 xalla altıncı yerdədir.
“Həmilton heç vaxt çirkin mübarizədə titul qazanmayıb, o, həmişə ədalətli mübarizə aparıb. O, çox dürüst insandır. Hemilton “Formula 1”də, şübhəsiz nümunədir. O və Aerton Senna. Onun ilhamverici hekayəsini hamı bilir. Bundan əlavə, o, böyük şəxsiyyətdir.
Təbii ki, aramızda yaş fərqi var, o məndən 20 yaş böyükdür və mən “ey, dostum” deyə bilmərəm. Amma onun üçün onunla vaxt keçirmək istəyən gənc sürücünün, fanatın olması çox gözəldir. Bu rəqabətə təsir edirmi? Xeyr, xüsusən də trasda. Əgər trasda bir-birimizin yanında olsaq, mən hörmət xatirinə onunla sərt mübarizə aparacağam”, - Hacar deyib.
İsak Hacar yarışda 39 xalla doqquzuncu yerdədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 10 Oktyabr 2025 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















