Hacı İsmayılov: Azərbaycan ictimaiyyəti görkəmli bir yazıçını, dramaturqu itirdi
Oxu.az saytına istinadən Icma.az xəbər verir.
"Bu gün bizim üçün çox kədərli bir gündür. Çünki Azərbaycan ictimaiyyəti görkəmli bir yazıçını, dramaturqu itirdi".
Bu sözləri Oxu.Az-a açıqlamasında Xalq artisti Hacı İsmayılov deyib.
O bildirib ki, Elçin Əfəndiyev Azərbaycan ədəbiyyatında xüsusi bir yer tuturdu:
"Hələ 1960-cı illərdən gələn istedadlı cavan yazıçılardan biri də o olub. O, Azərbaycan ədəbiyyatına yeni üslub, ifadə tərzi gətirib. O, görkəmli dramaturq İlyas Əfəndiyevin oğlu idi. İlyas Əfəndiyev dünyasını dəyişəndən sonra Azərbaycan dramaturgiyasında bir boşluq yarandı. O boşluğun qarşısında Elçin Əfəndiyev ardıcıl olaraq 3 əsər yazdı. Bununla da Azərbaycan teatrında canlanma oldu".
Hacı İsmayılovun sözlərinə görə, Elçin Əfəndiyev teatrda tək öz tamaşalarına deyil, digər müəlliflərin tamaşalarına da baxırdı:
"Gələndə həmişə Günay xanımla (Xalq yazıçısının qızı - red.), nəvələri ilə bir yerdə gəlirdi. Onun gəlişi kollektivdə bir məsuliyyət hissi, həvəs yaradırdı.
Onlar bilirdilər ki, vaxtilə İlyas Əfəndiyevin əyləşdiyi lojadan indi Elçin tamaşalara baxır. Onun yoxluğu çox böyük itkidir. Onun zəngin irsi, dövlət qarşısında, cəmiyyət qarşısında gördüyü xidmətlər həmişə xalqın qəlbində yaşayacaq".
Aygün Mirakif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 04 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















