Hacı Şahinin o çıxışından sonra bizə təzyiqlər səngidi (Video)
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aktyor Azər Aydəmirov müsahibəsi zamanı "Sonuncu şam yeməyi" filmində canlandırdığı obraz və ekran işi ətrafında yaranan müzakirələrdən danışıb.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, filmdəki bəzi zarafatlar və komedik yanaşma müəyyən dini təbəqələrin narazılığına səbəb olub. Onun sözlərinə görə, layihənin rəhbəri Əlixan olsa da, proses zamanı özü də onun yanında olmalı və yaranan təzyiqlərlə birlikdə mübarizə aparmalı olub.
Aydəmirov qeyd edib ki, filmin nümayişindən sonra onların yumorunu və komediya üslubunu qəbul etmək istəməyən insanlar da olub:
"Filmlə bağlı müəyyən təzyiqlər var idi. Zarafatlarımızı, komediyamızı anlamaq istəməyən bir təbəqə mövcud idi. Bu səbəbdən müəyyən problemlər yaşandı".
Aktyor mərhum ilahiyyatçı Hacı Şahinin film ətrafında yaranan müzakirələrə münasibətini də xüsusi qeyd edib. O, Hacı Şahinin mövzu barədə çıxışından sonra müzakirələrin səngidiyini bildirib:
"Allah Hacı Şahinə qəni-qəni rəhmət eləsin. Onun bu mövzu ilə bağlı verdiyi cavab çox məntiqli idi. Hacı Şahinin çıxışından sonra müzakirələr də səngidi".
Aydəmirov düşünür ki, illər keçməsinə baxmayaraq, "Sonuncu şam yeməyi" və digər filmlər hələ də tamaşaçılar üçün aktuallığını qoruyur. Aktyor bildirib ki, bəzi insanlar onunla söhbət zamanı film haqqında elə danışırlar ki, sanki ekran işinə yenicə baxıblar.
Sənətçinin sözlərinə görə, filmin hazırda da müzakirə olunması və müsahibədə səsləndirdiyi fikirlərdən sonra ekran işinə marağın artması mümkündür. O hesab edir ki, filmi izləməyən bəzi tamaşaçılar belə bu söhbətdən sonra "Sonuncu şam yeməyi"nə baxmaq qərarına gələ bilərlər.
Azər Aydəmirovun "Sonuncu şam yeməyi" filmi, ekran işi ətrafında yaşanan qalmaqal və Hacı Şahinin münasibəti ilə bağlı səsləndirdiyi fikirlər ətraflı videoda:
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 18 Avqust 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















