Icma.az
close
up
RU
Hacıbəy Heydərli: Ramiz Mehdiyevin məktubunun arxasında konkret “beyin mərkəzi” dayanıb

Hacıbəy Heydərli: Ramiz Mehdiyevin məktubunun arxasında konkret “beyin mərkəzi” dayanıb

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Məqsəd Azərbaycan daxilində fikir ayrılıqları, qarşıdurma və etimadsızlıq mühiti formalaşdırmaq olub



Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin vəzifədən getməsi ölkənin siyasi mühitində illərlə formalaşmış gizli münasibətləri, maraq dairələrini və müəyyən qüvvələrin gerçək niyyətlərini üzə çıxarıb. Onun hakimiyyətdən uzaqlaşdırılmasından sonra bəzi siyasi dairələrin birdən-birə susması, aksiyaların və mitinqlərin dayanması təsadüfi deyildi, bu, dövlətin daxilində mövcud olan gizli asılılıq və koordinasiyanın bariz təzahürü idi. Həmin qüvvələr illərlə cəmiyyətdə inamsızlıq yaratmağa, dövlətin gücünü və ordunun imkanlarını kiçiltməyə çalışmış, Vətən müharibəsindən əvvəl Azərbaycan ordusunun Qarabağı azad etməyə qadir olmadığını iddia etmişdilər. Lakin 2020-ci ilin 44 günlük müharibəsində qazanılan tarixi Qələbə bu arqumentləri alt-üst etdi.

Bununla belə, həmin dairələr sonradan qələbəni dəyərsizləşdirməyə, sülhməramlıların müvəqqəti yerləşdirilməsini “itki” kimi təqdim etməyə, xalqın inamını sarsıtmağa yönəlmiş mesajlarla çıxış etdilər. Bu yanaşmalar təsadüfi deyil, onlar illərlə xarici mərkəzlər tərəfindən dəstəklənən, ölkədə qarşıdurma yaratmaq, dövlətin dayaqlarını sarsıtmaq və milli həmrəyliyi pozmaq məqsədi daşıyan ssenarilərin tərkib hissəsidir. Belə təxribatçı fəaliyyətlər və “beşinci kolon”un bu ssenarilərdə oynadığı rol ölkənin təhlükəsizliyi üçün real təhdid yaradır. Buna görə də dövlətin sabitliyinə, milli maraqlara və 44 günlük Qələbənin ruhuna zidd mövqedə dayanan bütün qüvvələrin tam neytrallaşdırılması  həm ideoloji, həm informasiya, həm də təşkilati müstəvidə vacib və qaçılmaz zərurət kimi qarşıya çıxır.

Siyasi ekspetlərin  fikrincə, demokratiya təşəbbüsləri adı altında həyata keçirilən layihələr bəzən ölkənin daxili siyasətinə müdaxilə məqsədi güdən alətlərlə üst-üstə düşür.. Bu nöqteyi-nəzərdən NED və digər Amerika fondlarının qlobal demokratiya təşəbbüsləri tez-tez həm də hədəf ölkələr tərəfindən xarici müdaxilə kimi qiymətləndirilir  belə ki, maliyyələşmə, təlim, media və aktivist şəbəkələrinin yaradılması vasitəsilə milli sabitliyə zərbə vurmaq, qarşıdurma üçün şərait hazırlamaq və hakimiyyəti delegitimləşdirmək mümkündür. 

Müqayisəli təhlillər göstərir ki, belə alətlər keçmişdə müxtəlif regionlarda siyasi narazılıqları kütləviləşdirmək və etiraz dalğalarını yönləndirmək üçün istifadə edilib, bu da təhlükəsizlik və suverenlik məsələlərində reallıqdan doğan narahatlıqlar yaradır. 


Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü, siyasi şərhçi Hacıbəy Heydərli Sherg.az-a bildirib ki, Azərbaycan xalqı illər ərzində bu qüvvələrin kimliyindən, partiya adından asılı olmayaraq, əsl simasını və fəaliyyət mahiyyətini çox gözəl tanıyıb:

 “Onlar hər zaman dövlətin mövqeyinə qarşı çıxış edib, cəmiyyətin mənəvi dirəncini sarsıtmaq, xalqla dövlət arasında etimadsızlıq yaratmaq üçün müxtəlif vasitələrdən istifadə ediblər. Xüsusilə də milli həssaslıq daşıyan məsələlərdə, xüsusən  Qarabağ mövzusunda onların tutduğu mövqe açıq şəkildə düşmənçilik xarakteri daşıyıb. İkinci Qarabağ müharibəsi və ondan öncəki Aprel döyüşləri zamanı həmin şəxslər Azərbaycanı beynəlxalq miqyasda “müharibə tərəfdarı”, “təcavüzkar” kimi təqdim edən tezisləri dilə gətirirdilər. Onlar “Azərbaycan müharibə edib günahsız insanları öldürmək istəyir” kimi iddialarla çıxış edirdilər. Belə bəyanatlar, çox keçmədən, Ermənistan və Qərb mətbuatında geniş şəkildə tirajlanır, daha sonra beynəlxalq təşkilatlarda və qərb dairələrində ölkəmizə qarşı siyasi təzyiq alətinə çevrilirdi. Bu prosesin ardıcıllığı göstərir ki, daxildən verilən mesajlar məqsədli şəkildə xarici auditoriyaya ötürülür, informasiya müharibəsində Azərbaycana qarşı istifadə olunurdu.

Bu qüvvələrin mövqeyi heç vaxt milli maraqlardan çıxış etməyib. Onlar uzun illər boyu Azərbaycanı zəiflətmək, dövlətə qarşı inamsızlıq yaratmaq və ictimai ruhu zəiflətmək üçün xarici təsir mərkəzləri ilə koordinasiyalı şəkildə hərəkət ediblər. Xüsusilə, 2020-ci ildə Vətən müharibəsi başlamazdan öncə Əli Kərimli təərfindən səsləndirilən fikirlər, verilən bəyanatlar,  o cümlədən “Azərbaycanın hərbi potensialı Qarabağı azad etməyə yetərli deyil” kimi açıqlamalar  sıradan fikirlər deyildi. Bu çıxışlar həm xaricə, həm də daxili auditoriyaya yönəlmiş mesaj idi. Məqsəd xalq arasında qorxu, ruh düşkünlüyü və ümidsizlik yaratmaq, ordunun gücünə inamı sarsıtmaq idi”.


Ramiz Mehdiyevin sonradan üzə çıxan məktubu ilə bağlı danışan Hacıbəy Heydərli əlavə edib ki, baş verənlərin heç biri təsadüfi deyil. Bu, illər boyu formalaşdırılmış və müəyyən mərkəzdən idarə olunan bir mexanizmin tərkib hissəsidir. Onun sözlərinə görə, Ramiz Mehdiyevin məktubu və orada əks olunan fikirlər bir daha göstərdi ki, bu proseslər arxasında konkret “beyin mərkəzi” dayanırmış:

 “Məqsəd Azərbaycan daxilində fikir ayrılıqları, qarşıdurma və etimadsızlıq mühiti formalaşdırmaq, dövlətin strateji hədəflərinə mane olmaq imiş. Biz indi bunun fərqinə vardıq.  Bu gün hər kəs anlayır ki, bu qüvvələr heç vaxt Azərbaycanın tərəqqisinə, güclənməsinə və müstəqilliyinə xidmət etməyib. Əksinə, onların fəaliyyət istiqaməti daima ölkəni zəiflətmək, milli ruhu sarsıtmaq və xarici maraqlara xidmət etmək olub”.



Şəymən Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 18:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see226

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see223

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see219

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see214

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see203

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see203

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see177

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see173

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see163

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see155

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see146

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see144

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see144

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see143

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see140

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see133

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri