Icma.az
close
up
RU
Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək VİDEO

Hacıqabul Quşçuluq Şirkəti: Qərəzli kampaniyalara qarşı hüquqi tədbirlər görüləcək VİDEO

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hacıqabul Quşçuluq Şirkəti bəyanat yayıb.
Demokrat.az
xəbər verir ki, bəyanatda şirkət barəsində mediada yayılan məlumatlara aydınlıq gətirilir. Həmin bəyanatı təqdim ediri:
Son günlərdə bəzi media resurslarında Hacıqabul Quşçuluq Şirkətinin fəaliyyəti və məhsulları ilə bağlı qərəzli, təxribat xarakterli və həqiqətdən uzaq məlumatların yayıldığı müşahidə olunur. Bu cəhdlərin məqsədi açıq şəkildə şirkətimizin nüfuzuna zərbə vurmaq və cəmiyyətdə çaşqınlıq yaratmaqdır.
Bildiririk ki, yayılan məlumatların əsas mənbəyi Hacıqabul Quşçuluq Şirkətinin səhmdarlarının əmisi – 01.07.1957-ci il təvəllüdlü (68 yaşlı) Dilavər Babaşovdur. Hal-hazırda sözügedən şirkətə aidiyyəti olmayan məhkəmə mübahisəsi fonunda Dilavər Babaşov və onu istiqamətləndirən şəxslər tərəfindən ictimai rəyə təsir göstərmək məqsədilə yalan və təhrif olunmuş məlumatlar yayılır. Bu məlumatlar açıq şəkildə şirkətin nüfuzuna xələl gətirmək və hüquqi proseslərə təsir etmək niyyəti daşıyır.
Xüsusilə vurğulayırıq ki, Dilavər Babaşov heç zaman Hacıqabul Quşçuluq Şirkətində çalışmayıb, idarəetmədə iştirak etməyib və bu səbəbdən şirkətin fəaliyyəti ilə bağlı hər hansı açıqlama vermək səlahiyyətinə malik deyil. Onun irəli sürdüyü iddiaların heç biri hüquqi və faktiki əsaslara söykənmir.
Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildən fəaliyyət göstərir. Şirkət 50 ilə yaxındır ki, həm daxili bazarın yumurta təminatının ödənilməsində və eyni zamanda müxtəlif istiqamətlərdə ixrac əməliyyatlarında aparıcı rola malikdir.
Cari ilin əvvəlində Qafqazın ən böyük yumurta istehsalçılarından olan Hacıqabul Quşçuluq Şirkəti Niderlandın aqrar sahə üzrə Beynəlxalq Akkreditasiya şirkəti olan “KİWA” tərəfindən beynəlxalq İSO 9001:2015 Keyfiyyəti İdarəetmə və İSO 22000:2018 (HACCP) Qida Təhlükəsizliyi İdarəetmə sertifikatlarına layiq görülüb. “KİWA” şirkəti beynəlxalq sertifikatlaşdırma, test və inspeksiya xidmətləri üzrə qlobal liderdir. Avropa, Asiya və Latın Amerikasında 150-dən çox ofisi olan şirkət dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərir.  “KİWA” şirkəti kənd təsərrüfatı, yem, qida, istehsal, emal sənayesi sektoru, biznesin inkişafı sahəsi, ictimai və özəl sektorda, dövlət və beynəlxalq qurumlara xidmət göstərir və öz geniş təcrübəsi ilə müştərilərə dəstək olur.

Qeyd etmək istərdik ki, bizim üçün əhalinin qida təhlükəsizliyinə verdiyimiz tövhə çox vacibdir və sağlamlığın əsasını təşkil edir. Şirkət hər zaman istehlakçıların mənafeyini düşünüb və "bençmarkinq" strateqiyasını hədəf götürmüşdür.
Azərbaycanda yumurta sahəsində ilk beynəlxalq sertifikat alan Hacıqabul Quşçuluq Şirkəti hazırda gündəlik 2.000 000 ədəd illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Burada qurulan labratoriyada beynəlxalq standartlara uyğun analizlər həyata keçirilir. Yem məhsullarının təhlükəsizliyi parametrləri üzrə o cümlədən yumurta məhsullarının keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyini aparılır. Yemin analizi xüsusi şup cihazı ilə birbaşa standartlara uyğun götürülür və ABŞ istesalı olan NIR cihazında keyfiyyət göstəriciləri təyin edilirək və klassik metodlarla müqayisə edilir. Bundan başqa laboratoriyada gündəlik istehsal olunan yumurtaların mikrobioloji, toksikoloji, radioloji, fiziki-kimyəvi müayinələri peşəkar mütəxəssislər tərəfindən icra edilir. Quşun sağlamlığına ELİSA və PZR müayinələri ilə nəzarət olunur. Laboratoriya 7 ay hazırlıq müddəti ərzində AZAK tərəfindən akkreditasiya edilmişdir və ölkədə quşçuluq sənayesində İSO 17025:2020 sertifikatını alaraq ilkə imza atmışdır.




Məlumat üçün bildiririk ki, Hacıqabul Quşçuluq Şirkəti cari ilin əvvəlindən etibarən məhsullarını beynəlxalq bazarlara uğurla ixrac etməkdə davam edir. Belə ki, bu dövr ərzində Amerika Birləşmiş Ştatlarına, Afrika ölkələrinə, Birləşmiş Ərəb Əmirliklərinə böyük həcmdə ixrac olunmuşdur.
Bu göstəricilər Azərbaycanın quşçuluq sektorunda beynəlxalq etimada və məhsul keyfiyyətinə verilən dəyərin bariz nümunəsidir.
Daxili bazarda isə Hacıqabul Quşçuluq Şirkəti ölkə üzrə 6 satış deposu vasitəsilə fəaliyyət göstərir. Şirkət Azərbaycanın aparıcı supermarket şəbəkələri, şirniyyat istehsalçıları və digər böyük alıcılarla sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq vasitəsilə ölkənin ən ucqar bölgələrinə qədər yüksək keyfiyyətli yumurta məhsullarının sabit və vaxtında təchizatı təmin edilir.
Yaxın günlərdə şirkətimizin istehsalat imkanlarını daha da genişləndirəcək yumurta pasterizə mərkəzi istifadəyə veriləcəkdir. Bu müəssisə müasir qida sənayesində innovativ yanaşmanı təmsil edir və yüksək texnologiyalarla təchiz olunmuşdur.
Yeni pasterizə fabrikin yaradılmasında əsas məqsəd — süfrə yumurtası kateqoriyasına uyğun gəlməyən, lakin daxili keyfiyyəti pozulmamış məhsulların emal edilməsi, dəyərləndirilməsi və beynəlxalq standartlara uyğun formada istifadəyə verilməsidir. Əsas texnoloji mərhələ olan pasterizasiya prosesi xüsusi istilik müalicəsi ilə aparılır, bu isə məhsulun bakteriyalardan təmizlənməsini və təbii strukturunun qorunmasını təmin edir. Pasterizə olunmuş yumurtanın saxlama müddəti soyudulmuş şəraitdə 4–6 aya qədər artır. Pasterizə mərkəzinin layihələndirilməsi ekoloji və iqtisadi səmərəlilik prinsiplərinə əsaslanır. Belə ki, süfrə standartlarına uyğun olmayan məhsulların istifadəsi israfçılığın qarşısını alır, istehsal zəncirində balans yaradır və daxili bazarda sabitliyi qorumağa xidmət edir. Bu, şirkətə məhsul çeşidlərini artırmaq və yeni bazarlara çıxış imkanlarını genişləndirmək üçün əlavə potensial yaradacaqdır.
Hacıqabul Quşçuluq Şirkəti olaraq, strateji inkişaf planlarımız çərçivəsində həm ölkə daxilində, həm də beynəlxalq arenada Azərbaycan məhsulunun keyfiyyətli və etibarlı siması kimi fəaliyyətimizi davam etdirməkdə qərarlıyıq.
Hacıqabul Quşçuluq Şirkətində hazırda 3 müasir yumurta çeşidləmə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə yumurta emalı prosesi tam avtomatlaşdırılmış və beynəlxalq standartlara uyğun şəkildə təşkil olunmuşdur.
Fabrikin istehsalat sahəsində konveyer sistemi vasitəsilə yumurtalar birbaşa yumurta sexlərindən çeşidləmə mərkəzinə daşınır. Bu proses insan təmasını minimuma endirməklə həm gigiyenik, həm də səmərəli emal mühiti yaradır.
Çeşidləmə prosesi Niderland istehsalı olan son model MOBA FT 500 avadanlığı vasitəsilə həyata keçirilir. Bu yüksək texnoloji sistem yumurtaları aşağıdakı göstəricilər üzrə avtomatik şəkildə təhlil edərək  çeşidləyir: Çirklilik səviyyəsinə görə (optik sensorlar vasitəsilə), Çəki və ölçü kateqoriyalarına əsasən (qramla dəqiq ölçüm), Mexaniki zədələnmələrə görə (çat, sınma və s.), Keyfiyyət və standart uyğunluğuna əsasən sortlaşdırma. Çeşidlənmiş və qablaşdırılmış yumurtalar şirkətə məxsus soyuducu yük nəqliyyat vasitələri ilə düzgün temperatur rejimində müştərilərə çatdırılır. Bu sistem sayəsində məhsulun keyfiyyəti, təzəliyi və təhlükəsizliyi bütün logistik mərhələlərdə qorunur.
Hacıqabul Quşçuluq Şirkəti olaraq, istehsal və təchizat prosesində innovativ texnologiyalara, sanitariya standartlarına və məhsul izlənəbilərliyinə xüsusi önəm veririk. Məqsədimiz – həm yerli, həm də xarici bazarlara yüksək keyfiyyətli və etibarlı məhsul təqdim etməkdir.
Son vaxtlar sosial şəbəkələrdə Hacıqabul Quşçuluq Şirkətinin məhsulları ilə bağlı qərəzli şəkildə keyfiyyətini itirmiş yumurtaların görüntüləri paylaşılmaqdadır. Bu kimi hallarla bağlı ictimaiyyətin məlumatlandırılması məqsədilə aşağıdakı məsələləri diqqətə çatdırırıq.
Yumurta məhsulu soyuducu zəncirə bağlı, temperatur dəyişikliklərinə qarşı həssas bir məhsul olmaqla, onun keyfiyyətinin qorunması yalnız istehsalçı ilə deyil, bütün satış və logistik zəncirində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyətlə birbaşa bağlıdır.
Təəssüf ki, bəzi satış nöqtələrində xüsusilə isti hava şəraitində tələb olunan temperatur rejiminə əməl olunmaması müşahidə olunur. Belə hallarda soyuducu zəncirin pozulması yumurtalarda kiflənmə, qoxu dəyişikliyi və digər fiziki keyfiyyət pozuntularına səbəb ola bilər.
Bu kimi hallar Hacıqabul Quşçuluq Şirkətinin məhsullarının keyfiyyətsizliyi ilə deyil, daşınma və saxlanma mərhələlərində tələb olunan müvafiq şəraitin təmin olunmaması ilə bağlıdır.
Hacıqabul Quşçuluq Şirkəti istehsal etdiyi məhsulları ISO və beynəlxalq keyfiyyət standartlarına uyğun şəkildə, avtomatlaşdırılmış çeşidləmə və qablaşdırma sistemləri, eləcə də soyuduculu nəqliyyat vasitələri ilə satış nöqtələrinə çatdırır. Bu mərhələdə məhsul bütün keyfiyyət və təhlükəsizlik standartlarına uyğun şəkildə təqdim olunur.
Vətəndaşları və media nümayəndələrini bu cür paylaşımlara münasibətdə obyektivlik nümayiş etdirməyə, informasiyanın mənbəyini və səbəbini araşdırmadan əsassız iddialarla yanaşmamağa çağırırıq.
Hacıqabul Quşçuluq Şirkəti olaraq, şirkətimizin nüfuzuna qarşı yönəlmiş məqsədli, qərəzli və təxribat xarakterli kampaniyalara qarşı hüquqi müstəvidə bütün zəruri tədbirlər görüləcək.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 İyun 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri