Icma.az
close
up
RU
Hacıqabul torpağının bar bərəkəti artır

Hacıqabul torpağının bar bərəkəti artır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir texnologiya və dövlət dəstəyi bölgəyə yeni uğurlar qazandırır

Aqrar sahə ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində fermerlərə dəstək göstərilməsi, müasir texnologiyaların tətbiqinin diqqətdə saxlanılması və iri təsərrüfatların yaradılması respublikamızın hər yerində olduğu kimi, Hacıqabul rayonunda da kənd təsərrüfatının inkişafını sürətləndirib.

Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Quliyev XQ-yə bildirdi ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən islahatlar rayonda bu sahənin dirçəlişinə mühüm təkan verib, taxıl, tərəvəz və bostan məhsullarının müasir aqrotexniki üsullarla becərilməsini şərtləndirib, fermerlərin maddi-texniki bazasını gücləndirib. Padarçöl ərazisində fəaliyyət göstərən və 5 min hektar sahəni əhatə edən “Agro Dairy” MMC-nin aqroparkı Hacıqabulun bitkiçilik sektorunda mühüm rol oynayır. Müasir pivot suvarma sistemləri, rəqəmsal idarəetmə və innovativ texnologiyalar hesabına burada yüksək məhsuldarlığın əldə olunması xüsusi diqqət çəkir.

Bununla yanaşı, Hacıqabul ölkənin iri heyvandarlıq və quşçuluq mərkəzlərindən biri kimi də tanınır. Rayonda bu istiqamətdə fəaliyyət göstərən müasir müəssisələr daxili bazarın yumurta və ət məhsulları ilə təminatına müsbət təsir göstərir. Rayonun qabaqcıl təsərrüfatlarından olan Meyniman kəndindəki “Angus Heyvandarlıq və Aqro” MMC-nin istehsal sahələrində heyvanların saxlanma şəraiti, yem bazasının təşkili və müasir idarəetmə sistemi günün tələbləri səviyyəsində qurulub. Təsərrüfatda səliqə-sahman, yüksək sanitar-gigiyenik şərait və istehsal prosesi müasir tələblərə uyğun təşkil edilib. MMC-nin təsərrüfat müdiri Aslan Abbasovun sözlərinə görə, son iki ildə iri buynuzlu heyvanların sayı 2400 başdan 2792 başa çatdırılıb.

İnfrastrukturu 3500 baş heyvan saxlamağa imkan verən fermanın bu potensialından tam istifadə etmək qarşıya əsas məqsəd kimi qoyulub. Heyvanların bir hissəsi xaricdən gətirilib, digər hissəsi isə burada yetişdirilib. Fermada müntəzəm kəsim aparılmasına baxmayaraq, ümumi artım dinamikası daim müşahidə edilib.

70-75 nəfər daimi işlə təmin olunan təsərrüfatda əmək intizamına və təhlükəsizlik qaydalarına ciddi əməl edilir. Yem bazasının möhkəmləndirilməsi məqsədilə hazırda 400 hektar sahədə yonca və arpa becərilir, gələcəkdə isə qarğıdalı əkinlərinin genişləndirilməsi planlaşdırılır. Yem tələbatını daxili istehsal hesabına qarşılamaq əsas hədəf kimi diqqətdə saxlanılır. Fermada ekoloji yanaşmaya da xüsusi diqqət yetirilir, heyvandarlıq tullantılarından üzvi gübrə kimi istifadə olunur.

Rayonda əkin sahələrinin suvarılması da diqqətdə saxlanılır. Bu baxımdan cari mövsümündə əkin sahələrinin su təminatı uğurla həyata keçirilir. 3710 hektar buğda və 5471 hektar arpa sahəsi üç dəfə tam suvarıldıqdan sonra biçin başa çatdırılıb.

Toxumçuluqda innovasiyalar və beynəlxalq əməkdaşlıq məsələlərinə də mühüm önəm verilib. Azərbaycan Toxumçular Assosiasiyasının təsisçisi və sədr müavini, uzun illərdən bəri rayonda toxumçuluqla məşğul olan Afər Hacıyev qeyd etdi ki, 2007-ci ildən tətbiq edilən subsidiya mexanizmi fermerlərin sertifikatlı toxumdan istifadəsini əhəmiyyətli dərəcədə artırır. Əsas hədəf ölkənin toxum tələbatını maksimal dərəcədə yerli istehsal hesabına ödəməkdir. İşğaldan azad olunmuş ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi toxuma olan tələbatı artırdığı üçün yerli toxumçuluğun inkişafı da strateji əhəmiyyət kəsb edir. Hacıqabulda 400, Şamaxıda və Qaxda isə 100 hektar sahədə toxumluq əkinlərin aparılması da məhz bunun bariz ifadəsidir.

Bu il bəzi sahələrdə hektardan 65 sentnerədək məhsul götürülüb və toxumun keyfiyyəti əvvəlki illərlə müqayisədə daha yüksək olub. Məhsuldarlığın artmasında pivot suvarma sistemlərindən istifadəyə geniş yer verilib. Nəticədə rayonda ənənəvi suvarma ilə hektardan 30-35 sentner məhsul götürüldüyü halda, pivot sistemin tətbiq edilən sahələrdə bu göstərici 65–70 sentnerədək yüksəlib. Bunun sayəsində həm suya qənaət edilib, həm də fermerlərin gəliri çoxalıb.

Eyni zamanda, rayonda Türkiyə, Serbiya və Rusiya elmi-tədqiqat müəssisələri ilə beynəlxalq əməkdaşlıq genişləndirilir. Hazırda Serbiya ilə Azərbaycanda birgə hibrid qarğıdalı toxumu istehsalı zavodunun tikintisi üzrə danışıqlar aparılır. Bu layihə daxili tələbatı ödəməklə yanaşı, ölkənin ixrac potensialını da artırmağa imkan verəcək.

Mikayıl NƏRİMANOĞLU
XQ
Hacıqabul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Avqust 2026 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri