Icma.az
close
up
RU
Hacıqabulda Tuqay meşəsinin bərpası aksiyası keçirildi Yeni Çağ Media

Hacıqabulda Tuqay meşəsinin bərpası aksiyası keçirildi Yeni Çağ Media

Yenicag saytından alınan məlumata görə, Icma.az bildirir.

Meşələr iqlim dəyişikliyi təsirlərinin azaldılması və karbon balansının tənzimlənməsində əsas ekosistemlərdən biridir. Hesablamalara görə, 1 ha meşə sahəsi il ərzində 10-20 ton karbon qazı udaraq əvəzində oksigen ixrac edir.

Azərbaycanın Kür və Araz çaylarının sahil zolaqlarında yayılan Tuqay meşələri biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması potensialı ən yüksək olan meşələrdir. Təəssüf ki, həmin meşələr uzun müddət ciddi mühafizə edilmədiyindən, eləcə də illər boyu əkin sahələrinin genişləndirilməsi, yanacaq məqsədilə qırılması, Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azalmış, seyrəlmiş, ağacların cins tərkibi əhəmiyyətli dərəcədə dəyişmiş, bir çox növlər itmiş və ya məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün bunlar Tuqay meşə ekosisteminin bərpası istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində noyabrın 7-də Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpası aksiyası keçirilib.  RİİB könüllüləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirak etdiyi aksiyada rayonun Meyniman kəndində 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də Abdulabad kəndində 20 sot ərazinin mühafizəsi təşkil olunmaqla 200-dən çox müxtəlif nəsli kəsilməkdə olan ağac növləri əkilmişdir.

Qeyd edək ki, meşə ekosisteminin bərpası aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədi daşıyır.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Noyabr 2024 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see487

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see156

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see133

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see133

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see131

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see130

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see129

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see128

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see127

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri