Icma.az
close
up
RU
Hacıqabulda Tuqay meşəsinin bərpası aksiyası keçirilib FOTO

Hacıqabulda Tuqay meşəsinin bərpası aksiyası keçirilib FOTO

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Meşələr iqlim dəyişikliyi təsirlərinin azaldılması və karbon balansının tənzimlənməsində əsas ekosistemlərdən biridir. Hesablamalar görə 1 ha meşə sahəsi il ərzində 10-20 ton karbon qazı udaraq əvəzində oksigen ixrac edir. Azərbaycanın Kür və Araz çaylarının sahil zolaqlarında yayılan Tuqay meşələri biomüxtəlifliyin qorunması və inkişafı, eləcə də atmosferdə karbon emissiyasının azaldılması potensialı ən yüksək olan meşələrdir. Təəssüf ki, həmin meşələr uzun müddət ciddi mühafizə edilmədiyindən, eləcə də illər boyu əkin sahələrinin genişləndirilməsi, yanacaq məqsədilə qırılması, Kür çayının hidroloji rejiminin dəyişməsi və digər amillər səbəbindən xeyli azalmış, seyrəlmiş, ağacların cins tərkibi əhəmiyyətli dərəcədə dəyişmiş, bir çox növlər itmiş və ya məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bütün bunlar Tuqay meşə ekosisteminin bərpası istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini zəruri edir.
Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə QHT-lər üçün həyata keçirilən “COP29-la bağlı beynəlxalq təşəbbüslər” müsabiqəsinə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən təqdim olunmuş “Tuqay meşələrinin karbontutma potensialının qiymətləndirilməsi, meşə ekosisteminin bərpası” layihəsi çərçivəsində noyabrın 7-də Hacıqabul rayonu ərazisində Tuqay meşə ekosisteminin bərpası aksiyası keçirilib.
 

RİİB könüllüləri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin əməkdaşlarının iştirak etdiyi aksiyada rayonun Meyniman kəndində 1,5 hektar ərazidə Tuqay meşəsinə aid 1800 ədəd ağac tingi, eləcə də Abdulabad kəndində 20 sot ərazinin mühafizəsi təşkil olunmaqla 200-dən çox müxtəlif nəsli kəsilməkdə olan ağac növləri əkilmişdir.


Qeyd edək ki, meşə ekosisteminin bərpası aksiyası Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədi daşıyır.


Bizim.Media
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:122
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri