Icma.az
close
up
RU
Hacıyev Qaluzin görüşündə diqqətçəkən detal: 40 illik taktika dəyişdi

Hacıyev Qaluzin görüşündə diqqətçəkən detal: 40 illik taktika dəyişdi

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“Rusiya ilə Azərbaycan arasında açıq suallar və bir sıra müzakirəyə ehtiyac duyulan məsələlər var. Gündəlikdə olan mövzularla bağlı fikir mübadiləsi vacib idi”.

Bu sözləri Globalinfo.az-a politoloq Zaur Məmmədov Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Bakıda Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşünü şərh edərkən deyib.

Politoloq bildirib ki, bağlı qapılar arxasında tərəflər açıq şəkildə bir-birinə münasibətlərini ifadə edirlər:

“Ümumiyyətlə, beynəlxalq proseslərə geniş prizmadan baxdıqda hər bir neçə onillikdən bir dünya nizamının dəyişdiyini görürük. Avrasiya regionunda bu dəyişikliklər daha qabarıq şəkildə özünü göstərir.

1980-ci illərin sonlarından etibarən Cənubi Qafqaz və ətraf coğrafiyada baş verən hadisələr fonunda erməni məsələsinin sistemli şəkildə qabardıldığını müşahidə edirdik. Hətta bir-biri ilə rəqabətdə olan SSRİ və ABŞ belə bu mövzuda ortaq müzakirələr aparırdı. Nə qədər paradoksal səslənsə də, bütün bunların nəticəsi olaraq işğal reallaşdı.

2020-ci ildən sonra isə mərkəzdə Azərbaycan dayanır. Bakı rıçaqlarını artıraraq mövqelərini gücləndirib. Bu dəyişiklikləri birdən-birə anlamayanlar da var, lakin zaman keçdikcə prosesləri onlar da qəbul edəcək”.


Zaur Məmmədov

Politoloq qeyd edib ki, Rusiyanın ənənəvi Cənubi Qafqaz siyasəti davam edir:

“Sadəcə hazırda yeni reallıqlar var. Moskva bu reallıqlar fonunda formalaşan layihələrdə yer almağa çalışır.

Təbii ki, yeni formalaşan reallıqları qəbul etmək lazımdır. Lakin Kreml hər şeydən əvvəl Bakının mövqeyini qəbullanmalıdır. Azərbaycan balanslaşdırıcı və sabitlik yaradan regional layihələr təklif edir. Region ölkələri bu layihələrdən faydalanmaqla öz maraqlarını həyata keçirə bilərlər.

Tərəflərin də görüş zamanı məhz bu mövzuları müzakirə etdiyi güman olunur”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Dekabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see432

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see208

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see193

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see174

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see174

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see140

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see138

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri