Icma.az
close
up
RU
Hafiz Hacıyev Şərurlu İsfəndiyardan armatur istəyib? “Bir dəfə ona zəng etmişəm...”

Hafiz Hacıyev Şərurlu İsfəndiyardan armatur istəyib? “Bir dəfə ona zəng etmişəm...”

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Şərur” MTK-nın sahibi İsfəndiyar Axundovdan (Şərurlu İsfəndiyar) beton, armatur istəməsi, lakin istədiyini ala bilmədiyi üçün İ.Axundovla bağlı tənqidlər səsləndirməsi barədə fikirləri təkzib edib.

H.Hacıyev Pravda.az-a açıqlamasında növbəti dəfə Şərurlu İsfəndiyarın ünvanına sərt tənqidlər səsləndirib.

“Bizə nə beton, nə də armatur lazımdır. Biz siyasətlə məşğuluq. Siyasətdə beton, armatur elə İsfəndiyar kimi adamlara sözümüzü deməkdir. O, bir dəfə bizim işçimizi aldatmışdı. Müşavirimizə Yeni Günəşli tərəfdən ev verilmişdi, onun sənədlərini vermirdi, pulunu alıb, aldatmışdı. Mən də zəng etdim, dedim ki, aldatmağa adam tapmırsan? Sənədləri ver. Bir dəfə həmin vaxt İsfəndiyara zəng etmişəm. Sənədləri ala bildik. İndi də deputatları, Misir müəllim kimi ziyalımızı tənqid edir. Özü də deyir ki, savadsızam. Savadsızsan, get işinlə məşğul ol. Onun danışdıqları hamısı cəfəngiyyatdır, yalandır. Ağlı çaşıb, deyir ki, məktəb tikək, məscidləri bağlayaq. Cinayətin içindədir, indi də bilmir ki, ictimaiyyətin fikrini özündən necə yayındırsın. Bir evi iki-üç nəfərə verib, hamını aldadıb. Camaat da ayağa qalxıb. Yaxşı, Hafiz Hacıyev İsfəndiyarı tənqid edib. Bəs Milli Məclisin deputatları, digər ziyalalılarımız onun barəsində ciddi fikirlər səsləndirdilər. Bu adam başını itirib. Ziyalıları qoyun hesab edir. Vəziyyətdən çıxış yolu axtarır. İnsitutları təhqir edir ki, tələbə yetişdirilmir. Hər şeyə bir “mız” qoyur. Ramiz Mehdiyevin himayədarlıq etdiyi adamlardan nə olacaq?” - o bildirib.

O, Şərurlu İsfəndiyarın “beton, armature” açıqlamasından sonra villa, obyekt tikdirməsi barədə iddialara da cavab verib: “Hafiz Hacıyevin nə villası var, nə də obyekti. Hafiz Hacıyev şəffaf adamdır. Hamı da görür ki, mən necə yaşayıram. Bircə ermənilərlə dəyişdirdiyimiz ev var, qalmışıq orada. Bizim bəxtimiz yoxdur, bizə qismət olmayıb. Şərurlu İsfəndiyar kimilər elə şeyi bacarırlar. Bizim kimi təmiz adamlar üçün həyat, yaşamaq çox çətindir. Armatur lazım olsa, satılır, gedib alarıq. Ehtiyac yoxdur. Bina tikdirmirəm ki. Bir metr torpaq veriblər, odur. Onlardır, Ramiz Mehdiyev arxalarında durub, Azərbaycanda hər yeri zəbt ediblər. Hər halda məndə olan məlumatlara görə, yoxlamalar gedir. İsfəndiyarın oğlunu həbs etmişdilər. Deyir ki, beş milyon verib, oğlumu qurtarmışam. Axırı nə olacaq, bilinmir. Yalançı adamdır, hamıya şər-böhtan atır. Azərbaycanda böhtan atmadığı adam qalmayıb”.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://pravda.az
archiveBu xəbər 23 Aprel 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see183

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see130

Bədavi Hüseynov millinin heyətindən çıxarıldı

07 İyun 2025 08:32see122

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see114

Elçibəyi devirənlər Heydər Əliyevə qarşı qiyam qaldırdı: 32 illik müəmma

07 İyun 2025 06:05see114

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

Əfran İsmayılov: Hansısa oyunçunu yoxlamaq, kimisə hazırlamaq dövrü arxada qaldı

07 İyun 2025 09:00see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Maskın təklifi

08 İyun 2025 04:23see113

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see113

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see113

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see113

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see112

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see112

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see111

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri