Hafiz Paşayevlə nazirin maraqlı dialoqu Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ötən gün elm və təhsil naziri Emin Əmrullayev və ADA Universitetinin rektoru Hafiz Paşayev tələbələrlə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, görüş əsnasında rektor və nazir arasında maraqlı dialoq yaşanıb.
Hafiz Paşayev bildirib ki, televiziyadan nazirin çıxışlarını izləyir: “Burada sizinlə birlikdə oturub sualları cavablandırmaq mənim üçün də maraqlıdır. Çünki mən televizorda suallara verdiyiniz cavabları izləyirəm, hərdən heç mən başa düşmürəm nə deyirsiniz. İndi çalışacağam başa düşüm. Çünki doğrudan da auditoriya çox xətalı şeydir. Bir şeyi istədiyin kimi deyirsən, sən istəyirsən başqa cür başa düşsünlər, amma onlar öz bildiyi kimi başa düşür”.
Nazir onun bu sözlərinə gülümsəyərək reaksiya verib, zalda isə tələbələrin gülüş sədaları eşidilib.
Ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 İyul 2026 15:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















