Icma.az
close
up
RU
Haiti və Belarusa bu səbəbdən məğlub olduq Mütəxəssis səbəbləri AÇIQLADI KONKRET

Haiti və Belarusa bu səbəbdən məğlub olduq Mütəxəssis səbəbləri AÇIQLADI KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Haiti və Belarusla oyunda məğlubiyyətdən sonra Azərbaycan Milli Komandası azarkeşlər və futbol ictimaiyyəti tərəfindən tənqid atəşinə tuş gəlib. Bu biabırçı məğlubiyyətin səbəbləri haqqında mütəxəssislər fərqli fikirlər səsləndirirlər.

Mövzu ilə bağlı KONKRET.az-a danışan «Qarabağ» klubunun veteran futbolçularından Aslan Kərimov maraqlı məqamlara toxunub:

“Bu iki oyunun məqsədləri tamam fərqli idi. Hamı bilir ki, yoldaşlıq görüşləri oyunçuların perfomansını yoxlamağa, komandanın üstün və zəif tərəflərini müəyyən etməyə yönəlir. Bu iki oyunda biz kifayət qədər zəif nöqtələrimizi görə bildik. Eyni zamanda həm Haiti, həm də Belarusla oyunda hansı oyunçunun milli komandaya nə qədər uyğun gəlib-gəlmədiyini müəyyənləşdirdik. Haiti ilə matçda bir az öndə oynasaq da, Belarusla bunu edə bilmədik. Əksinə, müdafiə meyilli oyun nümayiş etdirdik. Haiti ilə nisbətdə belarus futbolçuları bizim qapımızda o qədər də çox qol imkanı yaratmadılar. Hücum planında bir balaca çatışmazlıqlarımız var idi. Hücumçular keçid edə bilmirdilər. Topu ələ keçirsək də, rəqibimizi dağılışmış halda yaxalamaq imkanımız olmurdu. Yəqin ki, məşqçilər bu məsələnin üzərində dayanacaqlar”.

Mütəxəssisin sözlərinə görə, komanda dominant futbol nümayiş etdirə bilmir:

“Milli komanda səviyyəsində bu cür kobud səhvlərə yol vermək olmaz. Çünki milli komanda öyrənmək və səhv etmək yeri deyil. Digər tərəfdən, bəzi futbolçuların özlərini açıq-aşkar oyuna həsr etmədikləri görünür. Düşünürəm ki, məşqçi heyəti gələcək toplantılarda öz qərarlarını verəcəklər. Amma komanda bu iki oyunda qarşıya qoyulan vəzifəni əslində yerinə yetirdi. Çünki komandanın üstün və zəif tərəflərini gördük. Eyni zamanda millimizin baş məşqçisi Fernandu Santuş və onun heyəti hansı oyunçularla matçlara davam edəcəklərini müəyyənləşdiriblər. Doğrudur, məğlubiyyət heç zaman xoş olmur. Amma bu oyunların əsas məqsədi qalib gəlmək və ya məğlub olmaq deyildi. Önəmli olan qarşıdan gələn dünya çempionatının seçmə mərhələsinə hazırlıq idi. Biz bu oyunlarda qalib gəlsək belə, seçmə mərhələdə Fransa və Ukrayna milliləri ilə mübarizə aparmağımız sual altında qalacaqdı. Çünki bu qrupdan bizim çıxmaq şansımız yoxdur. İslandiya millisi ilə evdə oynayarkən yaxşı nəticə əldə edə bilərdik. Amma bu da qrupdan çıxmağımıza kifayət etməyəcəkdi”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Mart 2025 21:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri