Icma.az
close
up
RU
Hakan Çalhanoğlu “İnter”də qalmaqala səbəb oldu

Hakan Çalhanoğlu “İnter”də qalmaqala səbəb oldu

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

İtaliya nəhəngi “İnter” üçün ötən mövsümün sonluğu necə kabus kimi keçmişdisə, vəziyyət elə də davam edir.

ÇL-in finalında PSJ-yə 0:5 uduzmaqla fanatlarına şok yaşadan, Simone İnzaqi ilə yolları ayıraraq Kristian Kivu ilə anlaşan “neradzurra” klublararası dünya çempionatında 1/8 finaldan uzağa gedə bilmədi. Bu mərhələdə “Fluminense” önündə yaşanan məğlubiyyətdən sonra klub daxilində atmosferin də ürəkaçan olmadığı üzə çıxdı...
Kapitan gözünü yumub ağzını açdı
Qalmaqalın mərkəzində isə Türkiyə yığmasının kapitanı Hakan Çalhanoğlu yer alır. Məsələ burasındadı ki, təcrübəli yarımmüdafiəçi komanda ilə birlikdə Amerikaya yollansa da, zədə üzündən turniri buraxmalı oldu. O, sonradan vətəninə yollanaraq tətilini burda keçirməyə başladı. Gün ötdükcə onun “Qalatasaray”a transferi mövzusu ciddiləşməyə başladı. “İnter” okeanın o tayında ciddi hədəflər uğrunda mübarizə apardığı bir vaxtda Hakanın vətənində “şellənməsi” klubda heç də hər kəsin xoşuna gəlmədi. “Fluminense”yə məğlubiyyətin ardından kapitan Lautaro Martines, necə deyərlər, gözünü yumub ağzını açdı:

“İnter”də qalmaq istəyən futbolçu bunu həqiqətən də ürəkdən istəməlidi. Çünki biz burda ciddi hədəflər uğrunda mübarizə aparırıq. Son vaxtlar xoşuma gəlməyən bəzi şeylər görürəm. Mən bu komandanın kapitanıyam və yenə də zirvədə qalmaqda davam etmək istəyirəm. Burda qalmaq istəyən qalacaq. Ayrılmaq istəyən isə ayrıla bilər”.

Ardından jurnalistlərin önünə klub prezidenti Cuzeppe Marotta çıxdı. O, Lautaronun sözlərinin Hakana ünvanlandığını təsdiqlədi:

“Bəli, ayrılmaq istəyən hər futbolçuya qapımız açıqdı. Lautaro ad çəkmədi, amma mən çəkirəm. Onun sözləri Hakana ünvanlanıb. Hərçənd Çalhanoğlunu qurbanlıq qoyun elan etməməliyik. Əvvəlcə özü ilə danışıb hər şeyi aydınlaşdırmalıyıq. Transfer dönəmi artıq rəsmən başladı. Ayrılmaq istəyən futbolçu ortaya konkret fikir qoymalıdı. Bu günə qədər bizə heç bir oyunçu ayrılmaq istədiyini bildirməyib”.


“Tarix səs-küy salanları yox, dimdik ayaqda duranları xatırlayır”
Təbii ki, hadisələrin belə axarından sonra bütün diqqətlər Hakan Çalhanoğluya yönəldi. Tanınmış futbolçunun cavabı gecikmədi. O ertəsi gün öz “instaqram”ında etdiyi paylaşımda ürəyini boşaltdı:

“ÇL-in finalında aldığım zədədən sonra belə qərara gəldik ki, komanda ilə birlikdə ABŞ-yə yollanım. Oynaya bilməsəm də, komanda yoldaşlarımı dəstəkləmək mənim üçün çox önəmli idi. Təəssüf ki, orda yeni bir zədə aldım və müayinədən sonra əzələmdə yırtıq aşkarlandı. Başqa heç bir səbəb yoxdu. Tək futbolçu yox, həm də bu komandaya biganə olmayan bir insan kimi çox üzüldüm. Zədəli olsam da, “Fluminense” ilə oyundan dərhal sonra komanda yoldaşlarıma zəng vurdum. Onları ruhlandırmağa çalışdım. Bu komandaya biganə yanaşmayan insan məhz belə etməlidi. Ancaq bütün bunlardan sonra eşitdiyim sözlər məni çox üzdü. Bu sözlər insanı yaralayır. Bu sözlər bizi birləşdirmir, əksinə, bir-birimizdən aralayır. Karyeram boyunca heç vaxt bəhanələr arxasında gizlənməmişəm. Hər zaman məsuliyyəti üzərimə götürməyə hazır olmuşam. Dözülməz ağrılarla oynadığım, çətin anlarda komandanı arxamca apardığım anlar olub. Mən bunları sözdə yox, hərəkətlərimlə etmişəm. Hamının fikrinə hörmətlə yanaşıram. Xüsusilə də komanda yoldaşımın və prezidentimin. Amma hörmət bir tərəfli olmamalıdı. Bu klubu heç vaxt satmamışam və klubdan narazı olduğumu dilə gətirməmişəm. Bu klubu, bu rəngləri sevirəm və hər gün onun uğrunda savaşmağa hazıram. Gələcəkdə nə olacağını bilmirəm. Amma tarix hər zaman ən çox səs-küy salanları yox, dimdik ayaqda duranları xatırlayır”.


Tam barışıq əldə olunmasa da...
Hakanın bu paylaşımı faktiki klubu iki hissəyə böldü. Ona dəstək verənlərin adları da üzə çıxdı. Futbolçulardan Markus Türamın bu paylaşımı bəyənməsi diqqəti çəkdi. Paylaşıma “layk” qoyanlar arasında klubun artıq sabiq çalışdırıcısı Simone İnzaqinin həyat yoldaşı da oldu. Hakanın həyat yoldaşı Sinəm də paylaşım etməyi lazım bildi:

“Bəzi insanlara güvənmək olmur. Onlar yalnız ehtiyaclarına görə sənin yanındadılar. Ehtiyacları dəyişən kimi sənin yanından çəkilirlər. Hakan, geniş ürəyinə görə təəssüf hissi keçirmə. Etdiyin bütün yaxşılıqlar sənə artıqlamasıyla qayıdacaq”.

Bu yaşananlar “İnter” rəhbərliyini təşvişə saldı. “Qazetta dello Sport”un məlumatına görə baş məşqçi Kristian Kivu ayrıca həm Lautaro, həm də Türam ilə söhbət etməyi lazım bildi. Bundan sonra isə o, bütün veteranları da toplayaraq tərəflər arasında barışıq elan olunmasını istədi. Çalhanoğlu hələ də Türkiyədədi və bu toplantıda iştirak etməyib.
İddialara görə Hakan ilə Lautaro əvvəlcə sosial şəbəkədə səsli mesajla əlaqə qurdularsa, sonra telefonda söhbət etdilər. Onların hər biri öz mövqeyini aydınlaşdırmağa, ortaya qoymağa çalışdı. Deyilənə görə, hətta telefon danışığından sonra da onlar arasında soyuqluq tam bitməyib. Amma ümumilikdə komanda daxilində ab-hava qaydasına düşüb. İnsayder Matteo Bardzaqinin məlumatına görə, komandada bu mövzu birdəfəlik bağlanıb.
Çıxış yolu isə belədi ki, Hakan üçün “İnter”i qane edəcək bir təklif gəlsə, klub onu satmağa razılıq verəcək!
“İnter” onun Türkiyəyə yox, bu ölkəyə transferində maraqlıdı
İndi isə keçək məsələnin digər, yəni transfer tərəfinə. Hakan Çalhanoğlu əvvəlki illərdə uşaqlıqdan “Qalatasaray” azarkeşi olduğunu və bir gün bu klubda oynamaq istədiyini dəfələrlə dilə gətirib. Bu məsələ ötən ayın ortalarında xüsusilə Hakanın atasının paylaşımından sonra inanılmaz dərəcədə aktuallaşdı. Hüseyn Çalhanoğlu “instaqram”ın hekayəsində oğlunun adını işarələyərək “inşallah, bir gün “Qalatasaray”ımıza gələrsən” sözlərini yazdı.
Türkiyədə rəqib tanımayan və titul qoymayan İstanbul nəhəngi yeni mövsümdə artıq Çempionlar Liqasında da uğurlu çıxış etmək arzusundadı. Bunun üçün heyətin önəmli dərəcədə güclənəcəyi gözlənilir. Leroy Sanenin transferi də buna sübutdu. Ammaa digər tərəfdən, Türkiyə futbolu maliyyə baxımından hələ Avropa ilə ayaqlaşmaqda çətinlik çəkir. Ona görə də “İnter”in Hakana görə tələb etdiyi 35-40 milyon avro “Cim-Bom” üçün böyük məbləğdi. İndi əsas yük Hakanın üzərinə düşüb.
Türkiyə mətbuatının yazdığına inansaq, 31 yaşlı futbolçu təzminat məbləğinin aşağı endirilməsi üçün “İnter” rəhbərliyi ilə özü şəxsən danışıqlar aparır. O, təzminatı heç olmasa, 20 milyon avroya endirməyi planlaşdırır. Amma bəzi mənbələrin iddiasına görə, “Qalatasaray” yığmanın kapitanına görə 15 milyon avrodan artıq ödəmək niyyətində deyil.
“Sarı-qırmızılar” üçün məsələni qəlizləşdirən məqam odu ki, təcrübəli yarımmüdafiəçiyə başqa klublardan da təkliflər var. Məsələn, premyer-liqa təmsilçiləri “Mançester Yunayted”lə “Fulhem” də onun xidmətində maraqlıdı. Ancaq “İnter”ə bu günə qədər “Qalatasaray” da daxil olmaqla heç bir klubdan rəsmi təklif gəlməyib. İşə Səudiyyə Ərəbistanı təmsilçilərinin qarışmaması sürpriz olardı.
Bu arada Hakanın İtaliyada illik maaşının 6,5 milyon avro olduğunu nəzərə alsaq, ona srağagün məhz Səudiyyə Ərəbistanından başgicəlləndirici bir təklif gəlib. Belə ki, “Əl-Hilal” Hakana illik 20 milyon avro maaş olmaqla “3+3” illik müqavilə təklif edib! Futbolçu hələlik bu təklifə cavab verməyib. Ərəblərin “İnter”ə hansı məbləği təklif etdiyi barədə məlumat yoxdu. Ancaq istənilən halda “Əl-Hilal” “Qalatasaray”dan daha çox pul təklif edəcək. Ona görə də “İnter” Hakanı Türkiyəyə yox, məhz Səudiyyə Ərəbistanına satmaqda maraqlıdı.
Onun karyerası belə qalmaqallarla doludu
Hakan Çalhanoğlunun ətrafında yaranan bu söz-söhbətdə kimin haqlı kimin haqsız olduğu bilinməsə də, fakt budu ki, məşhur futbolçu artıq neçənci dəfə belə qalmaqalın mərkəzindədi. Bu qalmaqalları qısaca xatırladaq. FİFA bu futbolçunu hələ 2017-ci ildə cəzalandırmışdı. Belə ki, karyerasının əvvəlində Hakan atası ilə birlikdə “Trabzonspor”la şifahi anlaşma əldə etmiş və bu klubdan 100 min avro pul da almışdı. Amma o, sonradan Trabzona yollanmaqdan imtina etmişdi! 2014-də isə Hakan “Hamburq”u böyük qalmaqalla tərk etmişdi. Həmin ilin fevralında o, klubla yeni müqavilə imzalasa da, yayda “Bayer-04”ə yollanmaq üçün min yola əl atmış və sonda istəyinə çatmışdı.
Və nəhayət, 2021-ci ildə onun “Milan”dan “İnter”ə qalmaqallı transferini, yəqin ki, gözəl xatırlayırsız. Həmin vaxt Çalhanoğlu uzun müddət “Milan”ın təklifinə cavab vermədi və sonda sərbəst futbolçu statusunda əzəli rəqibin heyətinə yollandı. Maraqlıdı ki, Hakan “İnter”ə çempion olmaq üçün yollandığını söyləsə də, həmin mövsüm çempion məhz “Milan” oldu! Düzdü, sonradan bu futbolçu da “İnter”lə A seriyasını qazandı və bu qalmaqal yavaş-yavaş unuduldu. “İnter”ə azad agent statusunda gəlməsi indi Hakanın əlində bayraq etdiyi əsas məsələdi. O məhz bu üzdən “İnter” rəhbərliyindən təzminatı mümkün qədər aşağı salmağı tələb edir.
ƏLİ RAUFOĞLU hazırladı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 İyul 2025 01:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Suraxanıdakı “şəfalı“ gölün acınacaqlı mənzərəsi: Müalicə yerinə xəstəlik mənbəyi? VİDEO

05 İyul 2026 00:02see244

DÇ 2026: Kanada Mərakeş matçında hesab açılıb

04 İyul 2026 22:23see236

Xanbala Əhmədli vəfat edib

05 İyul 2026 13:24see233

İsrailin təxribatlarını yaxından izləyirik Ərdoğandan AÇIQLAMA

04 İyul 2026 22:20see215

Üçü DÇ də 21 qol vurub

06 İyul 2026 03:37see204

Almaniyada yeni rəy sorğusu AfD nin retinqinin artmaqda olduğunu göstərir

06 İyul 2026 04:44see196

Oyarsabal: “Portuqaliyaya hörmət edirik, amma ondan qorxmuruq”

05 İyul 2026 03:26see178

Çılpaq yatmağın faydaları

05 İyul 2026 03:04see178

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? VİDEO

04 İyul 2026 22:49see177

“Başakşehir” “Roma”dan Eldor Şomurodovun transfer hüquqlarını alıb

05 İyul 2026 07:42see169

Antonelli qalib oldu

05 İyul 2026 00:59see163

Tramp Baloqonun diskvalifikasiyasının ləğvini İnfantinodan xahiş edib

06 İyul 2026 02:47see162

Real ın ulduzunun qəribə həyatı: Atası müsəlman, özü xristian, anası buddist... FOTO

05 İyul 2026 02:04see161

Aysunun Hade rəqsi gündəm oldu (Video)

05 İyul 2026 13:57see161

Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb FOTO

06 İyul 2026 06:31see161

Antibiotiklər hər qızdırmada lazımdırmı?

05 İyul 2026 08:41see161

Siz də saçlarınızı gec gec yuyursuz? Yağlanmasın deyə...

05 İyul 2026 02:41see161

Məşhur bloger qızı ilə qəzaya düşdü FOTO

06 İyul 2026 14:44see160

The Times: Gizli batalyon Moskvaya müntəzəm olaraq zərbələr endirir...

05 İyul 2026 20:27see156

Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər

05 İyul 2026 01:37see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri