Hakan Fidan Azərbaycan Ermənistan arasında sülh danışıqları barədə danışıb
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən inkişafı və Azərbaycanın bu məsələdə konstruktiv mövqeyini məmnuniyyətlə izləyir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakıda birgə keçirdiyi mətbuat konfransında deyib.
H.Fidan bildirib ki, hazırda əsas prioritet regionda sülh, sabitlik və rifahın davamlı şəkildə təmin edilməsidir.
"Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması istiqamətində son dövrdə əldə edilən inkişafı və Azərbaycanın bu məsələdə konstruktiv mövqeyini məmnuniyyətlə izləyirik", - deyə nazir bildirib.
O qeyd edib ki, bu prosesin başa çatması ilə regionda yeni əməkdaşlıq dövrünün başlayacağına inanırlar.
"Cənubi Qafqazın münaqişələrlə deyil, sülhlə, nəqliyyat, enerji, ticarət və iqtisadi inkişafla xatırlanmasını arzu edirik", - deyə H.Fidan vurğulayıb.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan qardaşlığının gücü bu məqsədə çatmaqda əsas rol oynamağa davam edəcək.
"Türkiyə və Azərbaycan qardaşlığının gücü bu məqsədə çatmasında əsas rol oynamağa davam edəcək", - deyə o bildirib.
H.Fidan qeyd edib ki, qarşıdakı dövrdə Türk dünyası baxımından da gündəlikdə mühüm məsələlər var.
O bildirib ki, oktyabrın 29-da Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, oktyabrın 30-da isə təşkilatın 13-cü Zirvə toplantısı Ankarada liderlərin iştirakı ilə keçiriləcək.
"Bu zirvəni Türk dünyasının ortaq gələcək vizyonunu gücləndirəcək tarixi addım kimi görürük", - deyə H.Fidan əlavə edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 15 Sentyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















