Hakan Fidan: Bakı Tbilisi Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə ilə Gürcüstan Xəzər dənizinin enerji qaynaqlarını dünya bazarına çıxarmaqda əsas rol oynayır.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, iki ölkə uzun illər ərzində Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti ilə enerji təhlükəsizliyinə töhfə verir.
Hakan Fidan, həmçinin, ölkəsinin Gürcüstanın yeni hakimiyyəti ilə güclü əməkdaşlığı davam etdirdiyini vurğulayıb.
Türkiyəli nazir Orta Dəhlizin xüsusi önəmə malik olduğunu əlavə edib: “Bununla bağlı Orta Dəhlizin ana sütunu olan Bakı-Tbilisi-Qars dəmir yolunun tam gücü ilə işləməsinə böyük önəm veririk”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 26 Fevral 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















