Hakan Fidan: Beynəlxalq sistemin yenidən qurulmasına töhfə vermək əzmindəyik
Bizimyol saytına istinadən Icma.az xəbər verir.
"Report" xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün işə başlayan IV Antalya Diplomatiya Forumu ilə bağlı özünün "X" hesabında yazıb.
"Prezidentimizin himayəsi və nazirliyimizin təşkilatçılığı ilə keçirilən IV. Antalya Diplomatiya Forumu (ADF2025) bu gün "Bölünmüş Dünyada Diplomatiyanı Qucaqlamaq" ana mövzusu ilə başlayıb. Forum çərçivəsində artan geosiyasi gərginlikdən qlobal bərabərsizliklərə, mülki şəxsləri hədəfə alan hücumlardan texnoloji transformasiyanın yaratdığı qeyri-müəyyənliklərə və iqlim böhranının çoxölçülü təsirlərinə qədər bir çox mühüm məsələ konstruktiv və əhatəli diplomatiya alətləri vasitəsilə həll ediləcək. Parçalanmış dünyamızda diplomatiyanı mənimsəməyə və onu effektiv şəkildə idarə etməyə həmişəkindən daha çox ehtiyacımız var", - o qeyd edib.
Türkiyəli nazir Forumun bütün bəşəriyyət üçün faydalı olacağına ümidini ifadə edib.
Baxış sayı:120
Bu xəbər 11 Aprel 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















