Hakan Fidan: Ərdoğanın Suriya səfərinə hazırlıq görülür
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Suriyaya səfərinin əsas məqsədlərindən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya səfərinə hazırlıqla bağlı məsələləri müzakirə etməkdir. Səfərdən əvvəl Yüksək Planlaşdırma Qrupunun həyata keçirə biləcəyi işlər və hazırlıqlar nəzərdən keçirilib: “Prezidentimizin yaxın gələcəkdə Suriyaya həyata keçirməsi planlaşdırılan səfəri də müzakirə olunan məsələlər arasında idi. Özü bu səfəri çoxdan arzulayır. Biz də səfərin baş tutması üçün lazımi şəraitin yaradılması istiqamətində çalışırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 13 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















