Icma.az
close
up
RU
“Dublin sammiti və 2028 ci il Bakı sammiti yeni diplomatik mərhələyə zəmin yaradır” ŞƏRH

“Dublin sammiti və 2028 ci il Bakı sammiti yeni diplomatik mərhələyə zəmin yaradır” ŞƏRH

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Dublində keçirilən Avropa Siyasi Birliyinin IX sammiti Azərbaycanın Avropa ölkələri ilə siyasi və iqtisadi münasibətlərinin inkişafı baxımından mühüm hadisə kimi qiymətləndirilə bilər. Tədbirdə Prezident İlham Əliyevin iştirakı və keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın Avropanın siyasi gündəliyində artan iştirakını nümayiş etdirdi”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.
Onun sözlərinə görə, Dublin sammitinin Azərbaycan baxımından diqqətəlayiq nəticələrindən biri Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasıdır. Məlumdur ki, sənəd müdafiə və təhlükəsizlik, ticarət, investisiyalar, nəqliyyat infrastrukturu, bərpaolunan enerji, təhsil və innovasiya kimi sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur:

”Bu razılaşma Azərbaycanın Avropa dövlətləri ilə münasibətlərinin təkcə enerji və iqtisadiyyatla məhdudlaşmadığını, daha geniş strateji məzmun aldığını göstərir.
Digər mühüm məqam Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdür. Tərəflərin sülh gündəliyi, nəqliyyat-kommunikasiya əlaqələri, ticarət və TRIPP layihəsinin perspektivlərini müzakirə etməsi Cənubi Qafqazda normallaşma prosesinin praktiki iqtisadi əməkdaşlıq müstəvisinə keçməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan qazının Avropaya ixracının artırılması, Orta Dəhlizin inkişafı və yaşıl enerji layihələri ilə bağlı müzakirələr ölkəmizin Avropanın enerji və nəqliyyat təhlükəsizliyindəki rolunu bir daha gündəmə gətirdi.
2028-ci ildə Avropa Siyasi Birliyinin XII sammitinin Azərbaycanda keçirilməsi ilə bağlı qərar isə Dublin görüşünün ən mühüm uzunmüddətli siyasi nəticələrindən biridir. Bu qərar Azərbaycanın Avropa ölkələri ilə dialoq platformasında daha fəal rol oynaması üçün əlavə imkanlar yaradacaq. Təxminən 50 ölkənin dövlət və hökumət başçılarının iştirak etdiyi bu formatın Bakıda təşkili ölkəmizə müxtəlif siyasi mövqeləri təmsil edən dövlətlərlə birbaşa təmasları genişləndirmək, regional məsələlərə dair öz yanaşmalarını təqdim etmək və beynəlxalq əməkdaşlıq təşəbbüslərini irəli sürmək imkanı verəcək.
Bakının sammitə ev sahibliyi etməsi həm də Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində təcrübəsinin və regional diplomatik əhəmiyyətinin nümayişi olacaq. Xüsusilə Avropanın enerji təhlükəsizliyi, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafı və Cənubi Qafqazda davamlı sülh məsələlərinin gündəmdə olduğu bir vaxtda belə bir tədbirin Azərbaycanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bakı bu platformadan istifadə etməklə Avropa ilə Mərkəzi Asiya arasında iqtisadi əlaqələrin gücləndirilməsi, Orta Dəhlizə investisiyaların artırılması və regional kommunikasiyaların açılması istiqamətində yeni təşəbbüslər irəli sürə bilər.
Beləliklə deyə bilərik ki, Dublin sammitinin nəticələri və 2028-ci ildə Bakıda keçiriləcək növbəti sammit Azərbaycanın Avropa ilə münasibətlərində yeni diplomatik mərhələnin formalaşması üçün zəmin yaradır”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnamın Baş naziri ilə görüşü olub - YENİLƏNİB - FOTOLAR

Siyasət

"Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlıq artıq real müstəvidə formalaşır" - ŞƏRH EDİLDİ

Siyasət

"Orta Dəhliz Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələri genişləndirə bilər" - POLİTOLOQ DANIŞDI

Siyasət

"YAP-ın yaranması ölkənin siyasi gələcəyinə hesablanmış qərar idi" - DEPUTAT DANIŞDI

Siyasət

YAP-ın 34 illik fəaliyyəti - Baş redaktorların baxışı

Siyasət

“YAP-ın uğurlu fəaliyyəti Ulu Öndərin siyasi kursunun davamıdır” - MİLLƏT VƏKİLİ

Siyasət

"2020-ci ildə Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə Ağdamın azadlığına yol açdı" - DEPUTAT

Siyasət

“Cənubi Qafqazda nəqliyyat xətləri və yaşıl enerji əməkdaşlığı genişlənir” - ŞƏRH

Siyasət

Azərbaycan – Vyetnam münasibətləri: Tarixi dostluq və strateji tərəfdaşlığın yeni üfiqləri - MƏQALƏ

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Hanoyda Vyetnam Milli Assambleyasının sədri ilə görüşüb - YENİLƏNİR

Siyasət

Prezident İlham Əliyev Hanoyda Ho Şi Minin məqbərəsini ziyarət edib - FOTOLAR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see401

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see388

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see317

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see311

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see297

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see287

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see274

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see268

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see267

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see254

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see237

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see236

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see231

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see230

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see229

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see227

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see224

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see217

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see217

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri