Icma.az
close
up
RU
Hakan Fidan: “Moskva fikrini dəyişib”

Hakan Fidan: “Moskva fikrini dəyişib”

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan “TGRT Haber TV” telekanalına müsahibəsində belə deyib.
“Belə deyərdim: əvvəllər ruslar dörd vilayətin bütün inzibati sərhədlərini ələ keçirmək niyyətində idilər. İndi onlar, bir yer istisna olmaqla, bu tələblərdən əl çəkiblər və təmas xəttində qalırlar”, - Hakan Fidan vurğulayıb.
Diplomat bildirib ki, Türkiyədə Ukrayna və Rusiya arasında keçirilən danışıqların üçüncü raundunda ilk dəfə olaraq tərəflərin konkret mövqeləri təqdim edilib. Onun sözlərinə görə, daha sonra bu təkliflər ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçirilən görüşdə müzakirə olunub.
Ukraynada 40 km-lik bufer zonası yaradılacaq? Türkiyə XİN-in rəhbərinin sözlərinə görə, Moskva hazırda bütün Donetsk vilayətinə nəzarət etməyə çalışır və həmçinin Zaporojye vilayətində təmas xətti boyunca mövqelərini qoruyub saxlamaq niyyətindədir.
- Onların bunu söyləmələri və bunun təhlükəsizlik mexanizmi ilə təmin ediləcəyinə razı olmaları əslində həqiqətən vacib bir təklif deməkdir. Bu, dörd ilə yaxındır davam edən müharibəyə son qoymaq üçün zəmin yaradır. Amma bunun hər iki ölkənin, xüsusən də ukraynalıların qəbul etməsini çətinləşdirən məqamları var”, - Hakan Fidan vurğulayıb.
Diplomat əlavə edib ki, Donetsk vilayətinin itiriləcəyi təqdirdə Ukraynanın qalan əraziləri müdafiə etməsi xeyli çətinləşəcək. Türkiyəli nazir beynəlxalq təhlükəsizlik təminatlarının vəziyyəti sabitləşdirə və gələcək dialoq üçün şərait yarada biləcəyini də diqqətə çatdırıb.
Daha əvvəl mənbələrə istinad edən xarici KİV-lər də Moskvanın buna oxşar sülh şərtləri irəli sürməsi barədə xəbərlər yaysalar da, Rusiya hakimiyyəti bu məlumatı təsdiqləməyib.
Xatırladaq ki, bundan əvvəl “Politico” nəşri bildirib ki, avropalı diplomatlar və hərbi məmurlar Ukrayna və Rusiya mövqeləri arasında 40 kilometrlik bufer zonasının yaradılması imkanını müzakirə edirlər. Plana həmçinin atəşkəs rejiminə nəzarət etmək üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi məramı da var.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Avqust 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see368

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see366

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see327

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see317

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see317

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see316

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see300

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see299

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see292

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see258

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see242

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see241

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see236

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see232

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see223

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see193

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see193

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see191

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see176

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri