Hakan Fidan Pakistan XİN başçısı ilə görüşdü
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar və Türkiyə xarici işlər naziri Hakan Fidan İslamabadda keçirilən görüşdə ikitərəfli münasibətlərlə Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin X səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, görüş zamanı İshaq Dar Pakistan və Türkiyə arasında ortaq tarixə, mədəniyyətə və qarşılıqlı hörmətə əsaslanan tarixi və qardaşlıq əlaqələrini vurğulayıb. O, ikitərəfli münasibətlərin müsbət dinamikasından məmnunluğunu ifadə edib və Pakistanın qarşılıqlı maraq doğuran bütün sahələrdə Türkiyə ilə əməkdaşlığın genişləndirilməsinə sadiq olduğunu təsdiqləyib.
"Danışıqlar ikitərəfli münasibətlərin bütün spektrini nəzərdən keçirməyə imkan yaratdı. Nazirlər sıx koordinasiyanı saxlamaq və Pakistanla Türkiyə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində birgə işi davam etdirmək barədə razılığa gəldilər", - bəyanatda vurğulanıb.
Onlar həmçinin son regional hadisələr, o cümlədən İrandakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb, sülh və sabitliyin təşviqi üçün dialoqun və ardıcıl diplomatik qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 29 Mart 2026 15:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















