Icma.az
close
up
RU
Hakan Fidan: Rusiya ilə Ukrayna arasında sülh qlobal miqyasda bir çox problemlərin həllinə töhfə verəcək

Hakan Fidan: Rusiya ilə Ukrayna arasında sülh qlobal miqyasda bir çox problemlərin həllinə töhfə verəcək

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

İstanbul, 2 iyun, Günel Karatepe, AZƏRTAC

İstanbulda Türkiyə, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş başlayıb.

AZƏRTAC xəbər verir ki, İstanbulun Çırağan sarayında keçirilən toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan sədrlik edir. Görüşün rəsmi açılış hissəsində çıxış edən nazir Hakan Fidan əsas hədəf və məqsədlərdən danışıb. Bildirib ki, bu toplantı ilə bağlı hazırlıqlar Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Türkiyə heyətinin Moskva və Kiyevə səfərləri çərçivəsində başladılıb, ortaq qərarlar əsasında ərsəyə gəlib.

Nazir bu görüşdə atəşkəs və əsir mübadiləsi kimi məsələlərdə bir addım irəli getməyi, liderlər toplantısı üçün lazımi tədbirlərin görülməsi istiqamətində müzakirələr aparmağı hədəflədiklərini deyib.

“Qarşılıqlı görüşlərlə fikir ayrılıqlarını azaltmaq və sülh yolunda daşların döşənməsi mümkün olacaq. Bu görüşlərin fayda verərək, ən qısa vaxtda arzuedilən nəticənin əldə olunması əsas gözləntimizdir. Amerikanın bu görüşlərə inam və dəstəyini son dərəcə əhəmiyyətli hesab edirik. ABŞ Prezidentinin sülhün təmini yolundakı qərarlılığı yeni bir fürsət pəncərəsi açdı. Əsas qalıcı sülhün təmininə nail olmaqdır. Bu sülh qlobal miqyasda yaşanan qida, enerji və nəqliyyat kimi bir çox problemlərin də həllinə töhfə verəcək. Bu dövr ərzində Türkiyə olaraq hər cür dəstəyə hazırıq”, - deyə Hakan Fidan bildirib.

Xatırladaq ki, görüşə Türkiyə tərəfindən XİN başçısı ilə yanaşı, ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalının da qatılıblar.

Toplantıda Rusiya heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski, Ukrayna heyətinə isə müdafiə naziri Rustem Umerov rəhbərlik edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see271

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see249

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see180

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see176

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see169

Rəştdən Həştərxana birbaşa uçuşlar başladı

19 Oktyabr 2025 19:10see136

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see133

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see128

Tramp görüşü zamanı daim Zelenskiyə söyüş söyürdü

19 Oktyabr 2025 23:19see128

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see127

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see126

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see126

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see126

Luvr muzeyində Azərbaycan nəfəsi: Parisdə gənc rəssam Diana Quliyevanın əsərləri sərgilənir Foto

19 Oktyabr 2025 09:10see123

“Ramiz Mehdiyevin qurduğu şəbəkənin bütün üzvləri ifşa olunacaq”

18 Oktyabr 2025 23:45see121

Ərdoğandan Şimali Kiprdə keçirilən prezident seçkilərinin ilkin nəticələrinə reaksiya

20 Oktyabr 2025 00:57see121

Körpələrdə genetik xəstəliklərin aşkarlanması üçün ölkəyə 300 mindən çox test gətiriləcək

19 Oktyabr 2025 20:14see120

On dörd yaşlı futbolçu qız məktəbdəki zorakılığa görə intihar edib FOTO

19 Oktyabr 2025 04:02see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri