Hakan Fidan: Rusiya Ukrayna müharibəsinin ən qısa müddətdə bitməsi üçün daha çox səy göstərilməlidir
Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İtaliyanın Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, savaş həm regional, həm də qlobal təhlükəsizliyə təhdid yaradır: "Bununla bağlı olaraq NATO-ya üzv ölkələr üzərinə düşən öhdəliyi yerinə yetirir və müzakirələr aparır. Rusiya ilə Ukrayna arasında sülh və atəşkəslə bağlı müzakirələr davam etməlidir".
Nazirin sözlərinə görə, rəsmi Ankara bundan sonra müharibənin bitməsi üçün təşəbbüslərini davam etdirəcək.
H.Fidan, həmçinin Rusiyanın Polşanın hava sahəsini pozması kimi halların bir daha təkrarlanmayacağına ümid etdiyini diqqətə çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 12 Sentyabr 2025 23:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















