Icma.az
close
up
RU
Hakan Fidan: Suriyada yeni hökumətin Əsədin hərəkətlərini təkrarlamasını istəmirik

Hakan Fidan: Suriyada yeni hökumətin Əsədin hərəkətlərini təkrarlamasını istəmirik

“Türkiyə Suriyada demokratik sivil hökumətin qurulmasını istəyir”.
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Suriyadakı yeni hakimiyyətə kömək edəcək:
“Biz Suriyada demokratik mülki hökumət qurmağa çalışırıq. Suriyada yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik. Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.
Nazir əlavə edib ki, Türkiyə ABŞ və Suriyanın yeni hakimiyyət orqanları arasında vasitəçi rolunu oynamağa hazırdır. Bundan əlavə, Fidan vurğulayıb ki, Ankara Suriyadakı vəziyyətlə bağlı Səudiyyə Ərəbistanı ilə ən yüksək səviyyədə hərəkətləri koordinasiya edir.
Bizim.Media

seeBaxış sayı:23
embedMənbə:https://bizim.media
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri