Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Hakan Fidanın Paşinyana mesajı: Ankara İrəvandan nə tələb edir?

Hakan Fidanın Paşinyana mesajı: Ankara İrəvandan nə tələb edir?

Qaynarinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı son açıqlaması diqqət çəkir. İlk baxışda bu, diplomatik nəzakət çərçivəsində səslənən adi fikir təsiri bağışlasa da, açıqlamadakı bəzi məqamlar əslində Ankara-İrəvan münasibətlərinin hazırkı vəziyyətinə və gələcək perspektivlərinə dair mühüm siqnallar ehtiva edir.

Fidan bildirib ki, Paşinyan hökuməti normallaşma istiqamətində mühüm addımlar atıb, Türkiyə də öz növbəsində birbaşa uçuşlar və ticarət sahəsində müəyyən addımlar atıb. Lakin nazirin daha çox diqqət çəkən fikri budur: "Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq".


Maraqlıdır ki, Fidan nə "görüləsi işlər"in nədən ibarət olduğunu, nə də "lazımi şərtlər"in mahiyyətini açıqlayıb. Məhz bu qeyri-müəyyənlik onun sözlərinin arxasında hansı siyasi mesajların dayandığı barədə suallar yaradır.

Əslində Türkiyənin Ermənistanla normallaşma siyasəti uzun illərdir Azərbaycanın maraqları ilə paralel şəkildə aparılır. Ankara dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması Cənubi Qafqazda davamlı sülhün təmin olunmasından asılıdır. Bu isə ilk növbədə Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması deməkdir.

Son illər Türkiyə-Ermənistan münasibətlərində müəyyən yumşalma müşahidə olunsa da, sərhədlərin tam açılması və diplomatik münasibətlərin qurulması istiqamətində həlledici addımlar atılmayıb. Bunun əsas səbəbi kimi Ankara daim Azərbaycan-Ermənistan danışıqlarının nəticəsini gözlədiyini vurğulayıb.


Bu baxımdan Fidanın bəhs etdiyi "şərtlər"in başında məhz Bakı ilə İrəvan arasında yekun sülh sazişinin dayanması ehtimalı yüksəkdir.

Digər mühüm məqam Ermənistan Konstitusiyası ilə bağlıdır. Azərbaycan uzun müddətdir bildirir ki, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarına hüquqi əsas yaradan müddəalar qalır. Rəsmi Bakı hesab edir ki, davamlı sülh üçün bu məsələ həll edilməlidir.

Son aylarda Paşinyan hakimiyyəti də konstitusiya dəyişikliyi mövzusunu açıq şəkildə gündəmə gətirib. Bu isə Ankara tərəfindən də diqqətlə izlənilir. Türkiyə üçün  Ermənistanın regionda yeni siyasi reallıqları qəbul etməsi normallaşma prosesinin vacib elementi sayılır.

Fidanın nəzərdə tutduğu digər şərtlər iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı ola bilər. Ankara uzun illərdir regionda nəqliyyat bağlantılarının bərpasını müdafiə edir. Xüsusilə Azərbaycanı Naxçıvan vasitəsilə Türkiyə ilə birləşdirəcək marşrutların açılması həm siyasi, həm də iqtisadi baxımdan mühüm əhəmiyyət daşıyır.


Türkiyə hesab edir ki, kommunikasiyaların açılması yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar yarada bilər. Buna görə də İrəvanın bu məsələdə daha çevik mövqe tutması Ankaranın gözləntiləri sırasında ola bilər.

Fidanın açıqlaması göstərir ki, Ankara Ermənistanla münasibətləri normallaşdırmaq niyyətindən geri çəkilməyib. Əksinə, Türkiyə bu prosesi dəstəkləyir və Paşinyan hökumətinin atdığı addımları müsbət qiymətləndirir. Lakin eyni zamanda Ankara İrəvana açıq  mesaj verir: normallaşma üçün siyasi iradə kifayət deyil, konkret addımlar da lazımdır.

Nazirin "görüləsi işlər aydındır" ifadəsi əslində diplomatik  dillə deyilən bir xəbərdarlıqdır. Yəni Türkiyə öz şərtlərini ayrıca sadalamağa ehtiyac duymur, çünki onların hamısı artıq illərdir müzakirə olunur: Azərbaycanla sülh müqaviləsi, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın gücləndirilməsi və yeni geosiyasi reallıqların hüquqi müstəvidə qəbul edilməsi.

Belə görünür ki, Ankara artıq növbəti addımı İrəvandan gözləyir. Fidanın sözlərindəki əsas məna da məhz budur: Türkiyə qapını bağlamayıb, amma onu tam açmaq üçün açarın hələ də Ermənistanın əlində olduğunu düşünür.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 16-17 iyun tarixlərində Rusiyaya səfərindən sonra "Türkiye" qəzetinə açıqlamasında bildirib ki, Ankara lazımi şərtlər yarandıqda Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır:

"Paşinyan hökuməti normallaşma istiqamətində çox vacib addımlar atıb. Prezidentimizin göstərişi ilə birbaşa ticarət və uçuşlar da daxil olmaqla bir çox vacib addımlar atılıb. Yeni dövrdə görüləsi işlər də aydındır. Lazımi şərtlər yarandıqda normallaşmaya hazırıq".

Siyasət şöbəsi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri