Hakan Fidanla birbirimizi təbrik etdik və bu mövzuda danışdıq Mirzoyan
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, Mirzoyan Yeni il öncəsi baş tutan söhbət zamanı Fidanla bir-birilərini təbrik etdiklərini deyib.
Ermənistanın XİN başçısı bildirib ki, əlaqə zamanı türkiyəli həmkarı ilə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
“Hesab edirəm ki, həm xarici işlər nazirləri, həm də xüsusi nümayəndələr səviyyəsində dialoq davam etdirilməlidir. Ankara hələ də ikitərəfli münasibətlərin tənzimlənməsi prosesini Bakı ilə İrəvan arasındakı sülh prosesi ilə əlaqəli görür”, – Mirzoyan qeyd edib.
Baxış sayı:152
Bu xəbər 08 Yanvar 2025 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















