Hakim partiya da prezidentin əleyhinə çıxdı Cənubi Koreyada impinçment proseduru başlayır AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreyanın hakim Xalq Gücü partiyasının lideri Han Donq-hun müxalifətin analoji çağırışına qoşularaq ölkənin hazırkı prezidenti Yoon Seok-yeolun vəzifəsindən uzaqlaşdırılmasına çağırıb.
Koreya mətbuatının yazdığına görə, dekabrın 6-da partiya rəhbərliyinin növbədənkənar iclasında Xan bildirib ki, prezident vəzifəsində qalarsa, yenidən radikal tədbirlər görə bilər. Siyasətçi prezidentlə görüşdüyünü, lakin ondan fikrini dəyişəcək heç nə eşitmədiyini bildirib.
Müxalifətdə olan Demokrat Partiyası daha əvvəl parlamentə prezidentin impiçmenti haqqında qanun layihəsi təqdim etmişdi. Partiya sədri Lee Jae-myung, millət vəkilləri qarşısında çıxış edərək, prezidentin çevriliş etməyə cəhd etdiyini bildirib: “Konstitusiyaya zidd və qanunsuz hərəkətləri ilə insanların həyatını təhdid edən prezidentə ictimai işlərdə bir an belə etibar etmək olmaz”.
Yerli media yazır ki, prezidentin impiçmentinə parlament dekabrın 7-də axşam baxacaq. Layihə parlament tərəfindən qəbul olunarsa, Yoonun səlahiyyətləri və vəzifələri dərhal dayandırılacaq və onun vəzifələrini Baş nazir Han Deok-soo yerinə yetirəcək.
Bundan sonra dövlət başçısının vəzifədən kənarlaşdırılması ilə bağlı yekun qərarı Konstitusiya Məhkəməsi verəcək.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 06 Dekabr 2024 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















