Icma.az
close
up
RU
Hakim qərarı oyundan böyük olanda: Əliyar Ağayev nümunəsi

Hakim qərarı oyundan böyük olanda: Əliyar Ağayev nümunəsi

Icma.az, sport24.az saytına istinadən bildirir.

Azərbaycan futbolunda hakimlik mövzusu yenidən ciddi müzakirə obyektinə çevrilib. Cari mövsümdə verilən qərarların çoxu həm azarkeşlər, həm də klub nümayəndələri tərəfindən birmənalı qarşılanmır. Mövsümün əvvəlindən bəri davam edən bu tendensiya artıq sistemli problem təsiri bağışlayır və sual doğurur: məsələ fərdi səhvlərdir, qərəzdir, yoxsa ümumi səviyyə problemi?
Xüsusilə "Turan Tovuz" – "Zirə" (0:2) matçı ətrafında baş verənlər vəziyyəti daha da gərginləşdirdi. Oyunda baş hakim Əliyar Ağayev iki penalti epizodunda oyunu davam etdirdi. VAR-da əyləşən Cavid Cəlilov isə ilk epizodda Ağayevə monitor qarşısına dəvət etsə də, ikinciyə müdaxilə etməyi lazım bilmədi. Halbuki bu qərarlar matçın nəticəsinə birbaşa təsir göstərən amillər idi. Sonradan AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov həmin epizodların səhv olduğunu açıq şəkildə etiraf etdi. Lakin sual açıq qalır: bu etiraflar problemi həll edirmi?
AFFA rəhbərliyi tərəfindən hakimlərin inkişafı üçün müəyyən addımlar atılır, o cümlədən xaricdə təlim-məşq toplanışları təşkil olunur, yüksək maaş və bonus sistemi tətbiq edilir. Bu isə o deməkdir ki, mövcud problemləri yalnız maddi və ya hazırlıq çatışmazlığı ilə izah etmək çətindir. Qərəz amili barədə konkret sübut olmadan danışmaq düzgün olmasa da, ardıcıl şəkildə təkrarlanan kobud səhvlər artıq ədalət təmsilçilərinə qarşı inamsızlıq yaradır. 
Belə şəraitdə klubların narazılığı da başadüşüləndir. "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyev haqlı olaraq sual edir: əgər ədalət təmin olunmursa, futbola sərmayə qoymağın mənası nədir? Bu, təkcə bir klubun yox, ümumilikdə futbol mühitinin gələcəyini düşündürən ciddi siqnaldır.
Hakimlərin cəzalandırılması isə problemin yalnız zahiri həllidir. Əsas məsələ səhvlərin sayını minimuma endirəcək mexanizmlərin qurulmasıdır. Əks halda, mövsümün sonuna doğru hakim çatışmazlığı və daha böyük qalmaqallar qaçılmaz görünür. Bəlkə çıxış yolu kimi bəzi ölkələrdə olduğu kimi xarici hakimlərin cəlb olunması variantı da müzakirəyə açılmalıdır. Bəlkə də səhvlərə görə, hakimlərə pul cəriməsi tətbiq olunmalıdır. Necə ki, qaydalar çərçivəsini aşan məşqçiyə və ya futbolçuya görə klub cərimələnir, qoy ədalət təmsilçiləri də yeni təyinat almamaqla yanaşı, maliyyə sanksiyasına da məruz qalsın. Bəlkə belə olan halda onlar meydanda daha məsuliyyətli olar, epizodları daha obyektiv dəyərləndirərlər. Əks halda, Azərbaycan futbolunda ədalət prinsipi getdikcə daha çox sual altına düşəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Aprel 2026 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see299

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see290

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see263

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see237

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see232

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see231

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see226

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see223

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see221

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see211

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see197

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see195

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see194

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see194

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see191

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see189

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri