Hakimın qırmızı kartları məşqçi və futbolçuları hövsələdən çıxardı Oyun yarımçıq qaldı (FOTOLAR)
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Türkiyə U16 Liqasının A qrupunda Sivasda mübarizə aparan "Belədiyespor"la "Ahmet Turan Qazispor" arasında keçirilən matçda qalmaqal yaşanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Sivas İdman Kompleksində baş tutan gərgin mübarizə şəraitində keçən qarşılaşmada "Belədiyəspor" penalti ilə 1-0 önə keçib.
Məlumata görə, bundan sonra oyunda gərginlik daha da artıb. Belə k, qarşılaşmanın ilk yarısında hakim Əli Səlim Müştəri 10 və 38-ci dəqiqələrdə Əhməd Turan Qazisporun iki futbolçusuna qırmızı vərəqə göstərib. "Qazispor"un oyunçuları ikinci qırmızı vərəqədən sonra daha da qəzəbləniblər.
Xəbərdə deyilir ki, hakimin qərarlarına sərt reaksiya verən klubun texniki heyəti və idarəçiləri meydana daxil olublar. Bu səbəbdən hakim məşqçi Engin Çətinə də qırmızı vərəqə, xeyli futbolçuya isə sarı vərəqə göstərib: "Polis meydana daxil olaraq əlbəyaxa davanı əngələyib. Bundan sonra isə "Ahmet Turan Qazispor" klubunun məşqşi heyəti komandanı meydandan çıxarıb. Bundan sonra matç dayandırılıb...".
Fərid Aslan
MİA.AZ


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 06 Yanvar 2025 01:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















